"Prezident İlham Əliyevin andiçmə mərasimində parlamentin yüksək tribunasından “bizə təzyiqlər güclənəcək” bəyanatı və Rossiya-1 telekanalına müsahibəsində “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetləri, Dövlət Departamentinin himayəsindəki qeyri-hökumət təşkilatları ölkəmizə hər gün hücum edir”, açıqlaması Birinci Şəxsin Qələbəmizdən sonra milli təhlükəsizliyimizə ən böyük təhdidlərinin informasiya müharibəsi olduğunu göstərir".
"AzPolitika" xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat çıxışında daha sonra bildirib: "Bəli, ikiqütblü dünyanın çökməsi, İKT inqilabı və sosial şəbəkələr, hi-tech korporasiyaları, izləmə və hakerlər ordusu informasiyanı dağıdıcı geosiyasi silaha çevirib.
Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq Ermənistan ordusu ilə döyüşmək deməkdir. Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik.
Gəlin, adlarını çəkək- “Silikon vadisi” beyin mərkəzləri və Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi- OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları, məhkəmə-hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin açar isimləri Luis Okampo və Amal Kluni, Bakıya dönük çıxan Harri Kasparovun “İnsan Hüquqları Fondu”, “Bellingcat” və “Blankspot” özəl kəşfiyyat şəbəkəsi, xaricdəki vətən xainləri-milli simasını itirən Mirzəli, Abbaslı, Osmanqızı və digər terror mediası, avropalı muzdlu məmur, parlamentari və bloger ordusu Zəfərimizi gözdən salaraq, ölkəmizi 27 sentyabra qədərki vəziyyətə qaytarmağa çalışırlar. Gəlin, onları “işğal partiyası” adlandıraq!
Qədim Romadan miras qalan “Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər. “P” hərfi ilə başlayan 4 “ofşor dosyeləri”-Panama, Paradise, Pandora, Pegasus sənədlərində ölkəmizlə bağlı fəsillərin əksəriyyəti küfr və cəfəngiyyatdan ibarət idi. Gözləyirdilər ki, hakimiyyətin “demon” obrazını yaratmaqla ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər.
R.T.Ərdoğan haqlı olaraq, müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğulayır. Sabiq prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir.
Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq.
Biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir.Təklif edirik ki, Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyənnaməsi imzalansın!
Dünyanın harasında bizə qarşı cəbhə açırlarsa, ora bizim üçün Şuşa olmalıdır!"

Şərhlər
Dövlətimizə qarşı təhdid və təzyiqlər yalnız qarşılıqlı siyasi təzadlar kimi sükutla qarşılansa, daha effektiv olmazmı? Siyasi dünyanın təkrarən səbirsizliklə gözlədikləri ABŞ Prezidenti D.Tramp bəyan edir ki, mənim səlahiyyət və işim də ABŞ sərhəddləri daxilində, yəni eləcə Maliyyə imkanları da yalnız ABŞna məxsusdur!!!
Prezidentin müsahibəsindən qabaq Siizlər ( Deputatlar ) harada idiniz ? İndii növbəyə düzülmüsüz ?MM -də xalqın lehinə bir söz deməyə cəsarətiniz çatmır ( Sahibə o saat otağına çağırıb...o söz ) səsiniz eşidilməyən Qərb mətbuatını daş-qalaq edirsiz .Bircəciyiniz o mətbu orqanlarda çıxış eddə bilmiisiz ? Yooox .
Ehtimal ki, hələ 1ci *Qarabağ müharibəsi*ndə 18 mindən çox günahsız azərbaycanlıların öz doğma mülklərində kütləvi *separat*-Hərbi genosid cinayətlərinin BMT TŞnın təhlükəsiz-hüquqi həll qətnaməsindən sonra belə rəsmi Bakı və Kreml tərəfindən illərlə ciddi mühakimə edilməməsini millətçi cinayətkarlar qərbdə amnistiya, ya bəraət kimi qəbul ediblər?
Çox hörmətli Zahid, kəndinizin sizə olan olan sevgi və sədaqətinə heyranam , heç bir halda içinizdən çıxmaq istəmir… deyəsən elə sizdə hələ də oradasız, Fəzailabadda