"Son günlər bizə olan müraciətlər arasında nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilməsi, yoxsa birbaşa artırılacağı ilə bağlı suallar üstünlük təşkil edir. Yəni, hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq? “Əmək Pensiyları” haqqında Qanunda bu məsələ öz əksini tapıb. Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər iksinin tətbiqi mümkündür".
"AzPolitika" xəbər verir ki, bu barədə millət vəkiliVüqar Bayramov "facebook" hesabında paylaşım edib.
Deputat məsələni keyslər üzərindən izah edib:
"1. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğından çox olacaq.
2. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ- 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq.
3. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırılaraq 320 manata çatıdırılacaq. Bütövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırsa o rəqəmlər gələn aydan birbaşa 320 manata çatıdırılacaq. Çünki gələn aydan 320 manatdan az pensiya olmayacaq. Deməli, bu halda indeksləşdirmə tətbiq olunmur, birbaşa artım şamil edilir".
Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.
"AzPolitika.info"

Şərhlər
ediyiniz 8 faizin yaıan oluğunu bilitiniz.Bu şübhəizdir.Bir diqqət et!Ölkədə bahalaşma faizlərinə diqqət et.Belə halda 450 manat peniyaya 8 faiz ,yəni 36 manat artım üşür Bir ayın 30 gün olduğunu yəqin biliriniz. Bu hallda 8 faizartlm bahalaşma qarşıında hanşı peniyacının hanşı şoşialvəziyyətinə təir edə bilər?Bunu düşünməyinizə ehtiyav var.əgər düşünmə bacarığınız ola belə çıxışlar etmənizin mənaşını izah edin.
Bu adam ne qeder mucerred danishir, hec olmasa Eli Mesimliden numune gotur ve nitq qabiliyyeti oyren, bashqa sheyleride demirem!
Dövlətimizin inkişafı və xalqüımızın rifahı üçün MM buraxılmalı, yenidən seçki keçirilməlidir! Təyin olunmuş deputatlar yalnız özlərini və qohum-əqrabalarını fikirləşirlər. İş xatirinə əhaliynən formal görüş keçirərək özlərini deputat kimi göstərməyə çalışırlar!
Görəsən bu qədər pulu pensiyaçılar necə xərcləyib qurtaracag yəqin dünya səyahətinə cixarlar
Vüqar Bayramovu bir ay 440 manatla yaşama məcbur etsəniz o belə gic-gic anlayışlar deməz.Adamın marketlərdən.bazar və kommunal xərclərdən xəbəri olmadan belə anlaqsız açıqlamalar verməsi onun savadsız və hummanistlikdən uzaq olduğuna sübutdur.Hələ bir bunu deputat da qayırıb buraxıbkar ortaya hamının əsəbləri ilə oynayır.Sanki o Azərbaycanda yaşamır və ətrafdakılardan xəbərsizdir.Belə sırtıqlıq ayıb sayılmalıdır.
halal olsun sizə, bu deputat bir dəfə də olsun demədi ki, yetər , bəsdir, kifayətdir !!! İyrənmirsiz də,vallahi
Dəqiq bir sözlə-Əmək qabiliyyətli üçün Sosial, muuusial ötən əsrdən yoxdu! Yeni özƏL prinsip_Nəyi, necə əkmiziniz, ancaq ona adekvat bəhrəniz ola bilər?
AzPolitika , başa düşürük ,xəbər kimi verirsiz ,ancaq bunun pensiya alanlara nə qədər mənəvi zərər vurduğunuda anlayın ,30-50 manatı bizim gözümüzə soxmasınlar .MM -də lal otururlar ,hamı sosyal şəbəkədə qəhrəman obrazını oynayırlar ,deputatın dediyi 8 faizi məktəb uşaqlarıda hesablaya bilir