Menu

BABAYEV MALİYYƏ NAZİRLİYİNDƏ KİMLƏRİ İŞDƏN ÇIXARACAQ? - Kollektivlə ilk iclasında açıqlayıb

08.02.2025, 20:36
BABAYEV MALİYYƏ NAZİRLİYİNDƏ KİMLƏRİ İŞDƏN ÇIXARACAQ? - Kollektivlə ilk iclasında açıqlayıb

Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.

"Azpolitika"-nın "modern.az"-a istinadən  verdiyi məlumata görə, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. 

O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.

Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.

Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.

Şərhlər

Bəhrami 2025-02-12 16:40:50

Şərhlər (azı 4?) konkret nədən, narahardırlar? Yeni naziri Maliyyə işçilərinə qarşı təyin ediblərmi? Dövlət hər yerdə olduğu kimi, vahid mərkəzdən idarə olunur.

vetandas 2025-02-09 10:13:45

toplananlarin yerini deyisende cem deyismir

Sahib 2025-02-08 14:12:55

Bizdə məmurlar işi millətin qanını içən zırramalara verir. Savadlı qabiliyyətlilər isə sınıb məhv olub gedirlər

Qulu 2025-02-08 13:53:55

İnanmıram. Yeni "qızıl ənənə"ni qətiyyən pozmaq olmaz. Köhnə iş yerindəki məhlə uşaqlar, sinif, tələbə yoldaşları, qohum əqrəbalar necə olacaq? İnana bilmirəm.....

Baba 2025-02-08 12:51:45

Kimlər azdan çoxda xalqın yaxşılığını düşünürsə onların hamısını Türk oğlu Türkləri işdən çıxaracaq bu ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol