Bakıda “Rus Evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.
“Report” xəbər verir ki, artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.






Şərhlər
Məsələnin kökünü unudub quyruğunu axtarırsınız.Əvvəlcə ayınlaşdırmaq vacibdir ki,rəsmi dövlət qeydiyyatında olmayan "Rus evi" kimin təklifi.xahişi,müraciəti əsasında fəaliyyət göstərə bilib."Rus evinin" tutduğu sahə hansı sənədə,müqaviəyə əsasən verilib.Niyə onların fəaliyyəti dövlət orqanlarının nəzartində olmayıb.kim belə rəsmi qeydiyyatda olmayan təşkilatı qoruyub.mühafizə edib.Axı bu sualların cavabını başqa ölkələrdə axtarmağa ehtiyac yoxdir.Bir d bu ölçüə özbaşınalıq nəzarət orqanlarının nəzarətinən necə yayındırılıb.Kimdir müqəssir? Axı bunu ölkə daxilində müəyyən etmək 2x2-dir.Bəs niyə bu edilmir?