Menu

İsrail yenidən Qəzzanı bombaladı – Ölü sayı 400 nəfəri keçdi + VİDEO

18.03.2025, 15:21
İsrail yenidən Qəzzanı bombaladı – Ölü sayı 400 nəfəri keçdi + VİDEO

İşğalçı İsrail ordusunun gecə yarısı atəşkəsi birtərəfli qaydada pozaraq Qəzza zolağına etdiyi kütləvi hücuma nəticəsində həyatını itirənlərin sayı 400 nəfəri keçib.

“AzPolitika” xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində daha 562 nəfər yaralanıb. Dağıntılar altında hələ çox sayda insanın olduğu və qrupların axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Həkimlər bildirir ki, əvvəlki bombardmanlar nəticəsində dağılan infrastruktur, atəşkəs dövründə ciddi humanitar yardım çatışmazlığı və tibb müəssisələrinin məhv edilməsi yaralılara tibbi yardım göstərməyi çətinləşdirir.

Tramp administrasiyası bu gecə soyqrımçı İsrailin Qəzzaya qarşı intensiv bombardman kampaniyasına yaşıl işıq yandırıb və bununla da müharibəyə tam qayıdış və atəşkəsin sona çatdığını rəsmiləşdirib.

Reuters agentliyinin məlumatına görə, HƏMAS İsrailin Qəzzada birtərəfli atəşkəs razılaşmasını ləğv etdiyini bəyan edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol