ABŞ Prezidenti Donald Trampın aprelin 3-də elan etdiyi qərana Çin adekvat cavab verib. Belə ki, Pekin ABŞ-dən idxal olunan məhsullara 34 faizlik əlavə gömrük rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı Çinin Ticarət Nazirliyinə istinadən “The Global Times” yayıb.

Məlumatda qeyd olunur ki, qərar aprelin 10-dan qüvvəyə minəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 3-də bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.