Ölkəmizin pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, bu kateqoriyalara uyğun olan kişilər daha erkən dövrlərdə pensiya hüququ qazanır.
Maraqlıdır, 65-dən tez pensiyaya hansı kişilər çıxır?
"AzPolitika" xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında pensiya yaşı azaldılan şəxsləri sıralayıb:
“Məsələn, qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır.
Bundan başqa əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var” – deyə o, bildirib.
Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox hallarda pensiya yaşı 15 il azaldıla bilər:“Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər, həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Hipovizqanizm xəstəliyinə tutulan kişilərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy kişilərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən aslı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır”.
"AzPolitika.info"

Şərhlər
Bunlar, camaata xelvirde su dashimaq sherti qoyurlar, bizleri savadsiz, avam sayirlar. Ancaq, avamda, savadsizda ele ozleridir, bele olmasa iqtisadiyyatin 80% den yuxarisi nfden asili olmaz!
Bütün ölkəni axtarsan bu qəbilə uyğyn gələn 3 nəfər ola ya olmaya. Bunlara qəpik-quruş verməklə adınızı humanizm dəftərinə yazdıra bilməyəcəksiz.Nə qədər ki, uşaqların pullarını əllərindən almaqda davam edəcəksiniz qarnınızı cırsanız da heç kim sizə inanmayacaq və hörmət etməyəcəkdir. Belə şeyləri ortaya atmaqla da uşaqları unutdura ətrafı aldada bilməyəcəksiz. UŞAQLARIMIZIN PULUNU VERİN. Onlar erməni, gercü, rus uşaqlarından əskik deyil.
Elə şertler qoyulub ki,belə adamlar ya yoxdu,ya da çox azdı.Day deyiniz vermirik də
Onsun ne pensıyadırkı .adı pensıyadır.dılencı puludur)