Bu gün “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda İH-nin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə bağlı yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, “Aqrarkredit”in Nizamnaməsinə əsasən İH-nin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

S.Babayev səlahiyyət müddətləri başa çatan İH-nin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib. O, ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
Yığıncaqda İH-nin yeni tərkibi təsdiq edilib, İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İH- yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İH sədrinin I və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.
S.Babayev İH-nin yeni üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb, “Aqrarkredit”in öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq, regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulları tətbiq etməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmiş məqsədyönlü siyasətinə bundan sonra da mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
"Aqrarkredit” Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” ölkə Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit”in səhmdarı olaraq çıxış edir. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.
"AzPolitika" xatırladır ki, uzun illərdir sahibkarlıq fəaliyyəti göstərən və adı müxtəlif qalmaqallarda çəkilən M.Musayev cəmiyyətdə “Şapka Mamed” adı ilə tanınır.

Şərhlər
Bu Şapka Mamed bu iller erzində çox papaqlar yamadı. İndi dövlətin əlaqədar qrumlarınmı hərəkəta keçib, bu şapkanın altında bu illər ərzondə nələr döndüyünü üzə çıxarıb hesabını Mameddən sormalıdırlar. Dövlətin bank və bank olmayan təşkilatılarının varis kimi milyardlarını neçə illərdir kredit adı ilə fırladıb. Bizdə zaten bu işler belə yürür. Yəni vəzifədən al, sonra hesabnı kəs. Allah hesab kəsənlərə qolaylıq versin. Ki, Dövlətin bank və bank olmayan təşkilatılarının "varis" kimi milyardlarını bu illər ərzində kredit adı ilə necə fırladıb.
Quldur yalnız fiziki təzyiqlə yarım qarın artıq yeyə bilərdi. Feodal, kapitalistin atom bombalarına, ağır raketlərinə baxın. *sosialist*lərlə sövdələşib zəif aləmi-mühiti, dünyanı ortaq-birgə dağıtmaqdadırlar?
Şapka Mamed yığdı getdi rahat yiməyə ,yerinə Kepka Mamed gəldi , dəyişən ancaq qiymətlər olacaq
Guya quldur olmayan memur var