“Əmək pensiyaları haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Bu dəyişiklik ilə əlaqədar bizə ünvanlanan suallardan bir qismi də yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin ödənilməsi ilə bağlıdır”.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar: “Belə ki, minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir”.
İqtisadçı xatırladır ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla, yaşa görə müavinət təyin olunur. “Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar”, - o əlavə edib.
V.Bayramovun sözlərinə görə, eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır: “Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olunur. Yəni, əgər bu kateqoriya üzrə qadın bu hüququndan istifadə edirsə, o zaman 59, kişiyə şamil olunursa, o halda 60 yaşında müavinəti ala bilər. Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir”.
“AzPolitika.info”

Şərhlər
Roma muellim! Bunlar sifarishli sosial layihelerdir, Milli Meclisin ne heddi var ki, qebul etmesin, hershey zerger deqiqliyi ile hesablanir ve butun kesirler yuklenir xalqin boynuna, cerimeleri gormursen?
Orqanizmin 80-100 faizin xəstəliyi ilə əlaqədar əlillərə qulluq edən şəxslərində 55 yaşında pensiyaya çıxması məqbul olardı
Öıkədə 35-40 yaşdan sonra iş tapmaq demək olarki(əsasda dövlət müəssisələrində) mümkün deyil pensiyadaki 62-65 yaş arasıdır.Bu vətəndaşı dirigözlü öldürməkdi.heç olmasa pensiya yaşını 55 yaşından eləsələr yaxşı olar
Qanunları necə dəyişsələr də kasıblar üçün xeyirli heç nə olası deyil. Hələ çalışacaqlar yenə də pensiyaçıların bir qisminin pensiyasını ləğv etsinlər bir neçə il bundan qabaq olan kimi
,belə ağıla malik adamlar "düputat " yazılır..Azəbaycanın salındığı duruma hansı ailədə 5-6 uşaq var? Nə qədəe yalanlar quraşdırıb özünüzü ağıllı göstərməyə çalışacaqslnız? Onsuz da xalq Sizkırdən əlini üzüb xukasl xarici ölkələrdə arayır.Günü-gündən ağırlaşdırılan yaşam şəraiyi,süni bahalaşmalar hamını təngə gətirib.Siyahi "deputatların" isə belə sərsəm çıxışları daha da qıcıq verir.Öz ailəsinin,qardaşının halına yanmayan,insan necə başqalarını düşünə bilər?
Hazırda pensiya məbləğinin minimal və maksimal həddi limitləşdirilməlidir. Belə ki, minimal hədd bu günkü reallığı nəzərə alaraq 500-600 manat, maksimal hədd isə 900-1000 manat ola bilər. Bu hardasa sosial ədalətli sistem olardı...
Mən dəfələrlə yazmışam ki, bizdə pensiya məbləğlərini düzgün hesab etmirəm. Belə ki, minimal pensiya məbləği ilə maksimal məbləğ arasında nisbət 2 dəfəni aşmamalıdı. Bu Sovet dönəmində belə idi, minimal 70, maksimal isə 120 rubl idi ki, deyərdim ki, sosial ədalət baxımından bunu düzgün hesab edirəm. Tam da olmasa əsasən bərabər yaşayırdılar və bu az alanlarda digərlərinə qarşı elə də qıcığ yaratmırdı. Belə ki, insan yaşdanıb, ömrünün az bir hissəsi qalıb və aldığı pensiyanın əsas hissəsi əsasən dava dərmana, kommunal ödənişlərə və s. gedirdi, bəzi halda isə heç hamısı da yetərli olmurdu. İndi isə biri 200-250, lap elə 300-350, digər bir hissə isə 1000-2000 və bəzən bundan da çox 3-5min, 8-10min alırlar. Minimum alan zülümlə, məşəqqətıə yaşayır, buna yaşamağ demək mümkünsə, digərləri, necə deyərlər xan kefində, kurortlarda kef çəkirlər...Nə olsun ki, o işləyib, bazasına vəsait yığa bilib. Gömrük, hüquq-mühafizə və s. Dövlət qürumlarında işləyiblər, bu birisilər isə iş tapa bilməyiblər və qırağda qalıblar...İşləyiblər yaxşı ə/haqqı alıblar, yaxşı yaşayıblar, bu birisilər isə istər pensiyaya qədər və istərsədə sonra ac-yalavac qalıblar....