Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…
53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.
Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasınını da yaratmağa nail olub...

İslahat görüntüsü arxasındakı reallıq
2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.
Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...

Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.
DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdam sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduöu bildirilirdi.
Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.
İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.

Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.
Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.
Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.

Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4” kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.
Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.
Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir...
Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group” MMC bunlardan biri kimi gpstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğ qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.
Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...
Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.
Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Burada nə aydın deyili?Adamın adamı var,.vəzifə verdi.imkan verdilər maya yığdı.pullandı, getdi xırıd etməy.başın dolandırmağa . Bura bədbəxt günə salınmış Azərbaycandır.
Mehdiyev gomrüyə başçı olub maya topladı və getdi oğurladıqları(rüsumlardan,) və rüşvətdən mənimsədikləri ilə özünə biznes qurdu.....Nehrəmin adını.yaza bilməyəni (İsfəndiyar və s.) gəlib milyoner.milyarder olur.zəhməteş İnsanlara yuxarıdan aşağı baxırlar....
Gömrük komitəsi deyəndə adamların yadına Nehrəm kəındi düşür. Həmin sahədə korrupsiyadan yazmaq həmin yazını yazmaq istəyən şəxsin həyəatına təhlükə deməkdir.Gömrükdə birinci ,ikinci və üçüncü şəxslərin yaşadıqları villalara ,maddi imkanlarına ,bizneslərinə baxmaq həmin şəxslərin hansı mənbədən varlamalarını mübahisəsiz sübut edir.Həmin şəxslərin belə sərbəst yaşamaları və işlərinə davam etmələri deməyə əsas verir ki,onları müdafiə edən daha böyük çinli şəxslər var.Səlahiyyətli hüquq mühafizə orqanları da ya həmin şəxslərdən qorxur ya özləridə həmin qanunsuzluqlara görə rüşvət alır.Bəlkə də Gömrükdə baş verən korrupsiyaya görə daha yüksə vəziəfli şəxsin qorxusundan heç nə edə bilmirlər.Əgər belə olmasaydı,Korrupsiya yolu ilə küllü miqdarda vasaiti mənimsəyənlərin kimliyi müəyyən olunar və həmin şəxslər istədikıəri kimi beznes imperiyası qura bilməzdilər.Bir tərəfdən yaxşı hal odur ki,hansı yolla əldə edilməsindən asılı olmayaraq oğurluq yolu ilə əldə edilmiş pullar biznesə qoyulur.Ancaq biznesdə rəqabət görünmür və qiymətlər artmaqda davam edir.Məlumdur ki,rəqabət həm keyfiyətə həm də qiymətə təsir edən vasitədir.Bunları yazmağın mənası yoxdur,hamı hər şeyi yaxşı bilir.Dövlət başçısı,cənab Prezidentimiz İlham Əliyevin etibar edib təyin etdiyi kadrların içərisində çox ləyaqətli insanlar hazırda var və işlərini vicdanla yerinə yetirirlər.
Göztərdikləriniz hər gün Azərbaycan reallığıdır....
belə "kadrlar" Azərbaycanı böyrü üstə qoyub və qoyur.Kim nə ağılla bunları anlamadıqları.bilmədikləri sahlərə vəzifərərə gətirib.imkan verib.nəzarətdən uzaq saxlayıb? Onların iş nəticələri buların sırf Azərbaycan türü olduqları da şübhə altına qoyur.Çünki insan öz doğma xalqına.onun iqtisadiyyatına.yaşamına bu boyda xəyanət etməz. Ən pisi və qorxulusu da odur ki,hökumət belə halları nədənsə görmzdən gəlir.Onarı naldqarı rüşvət.mənimsmələri.büdcə adatmaları cavabsız buraxılır.
Nə qədər ki,bilən adamın üzərinə bilməyəni gətirib qoyacaqlar.Dayday,Ata bala,yerbazlıq prinsipi ilə idarə etmə olacaq.O qədərdə korrupsiya olacaq.Hansı orqana baxırsan ata-ogul,gelin,ata qiz var.Səfər Mehdiyeva gəlincə bundan əvvəl o qədər pul yığırdılar.DGK kimlər işləyirki onlara yaxşıca DIM merkəzi imtahan eləsin görün neçə nəfər işləyir orda.DGK çoxsu daydaylıdır ona görə heç kim heç nə demir
NE YAZIM.....NEHREM HARADI....?
Azərbaycan realliglari filminin çəkmək vaxti nə vaxt çatacag? Mehdiyev, Garalov, Mahmudov, Hacibala kimi personajlarin barəsində yaxşi bir tragikomediya əsəri lap yerinə düşər.
Rəşad adı ilə yazana: Sənin bu yazdığlarından mən, yəni sənin təbirincə, "BİR BALACA SAVADI OLAN" heç nə anlamadım bu bir, 2-cisi, "GÖZ ÖRTMƏK, GÖZƏ TORPAĞ ATMAQ"...yəqin təzə terminlərdir???...3-cüsü, Səfər Mehdiyevi ancaq qiyabi tanıyıram, yəni şəxsi tanışlığım yoxdur...YENİ GÖMRÜK RƏHBƏRİNİN isə heç adını, soyadını belə bilmirəm...
Allah Mirse Celile rehmet eylesin ondan sonra Nehrem xeyli inkişaf etdi
inshAllah etdiyi pislikleri Allah qabagina cixarar.
GÖMRÜK HAQQINDA BİLMƏYƏNLƏRƏ BU MƏQALƏ MARAQLI GƏLƏ BİLƏR. BİR BALACA SAVADI OLAN BİLİR Kİ , BU MƏQALƏNİ YAZDIRAN YENİ GÖMRÜK RƏHBƏRİDİR . ÇÜNKÜ ÖZÜNÜ SAMAN ALTI TƏRİFLƏDİR. QISACA İZAH EDİM . BİR TƏŞKİLATDA İŞÇİLƏRİNİ QANUNSUZ ŞƏKİLDƏ İŞLƏDİB , ƏMƏK HAQQLARINA BƏHANƏLƏRLƏ GÖZ TİKƏNDƏN , HANSI DƏYİŞİLMİŞ QANUNDAN DANIŞMAQ OLAR. SƏFƏR MEHSİYEV NECƏ BİR BALACA YƏNİ İNƏNİN UCU QƏDƏR GÖZ ÖRTMƏK ÜÇÜN İŞ GÖRMÜŞDÜ , İNDİKİ GÖMRÜK RƏHBƏRİDƏ EYNİ İŞİ GÖRÜR. SÜBUT EDİM ? İNDİKİ HƏMİN , YƏNİ EYNİ İLİNİ NÜMAYƏNDƏSİ VƏ KURSUDUR. HƏR YENİ GƏLƏN GÖZƏ TORPAĞ ATIR Kİ ,HEÇ KİM HEÇNƏ GÖRMƏSİN
pis adamdır...
Bunun Naxçıvanda bur ulaq alıb odun daşımaq imkanı yox di.Bəs necə oldu gömrükə müdir.rüşvət.mənimsəmə və buadam biznesmen oldu?