“Dövlət Vergi Xidməti yeni hoqqabazlıq edir. Deyir ki, vətəndaş özünün alış-veriş etmədiyi çek üzrə “ƏDV geri al”-dan yararlana bilməz. Yəni, məsələn, guya mən dostuma çeki verib deyə bilmərəm ki, ƏDV üzrə pulu sən al. Niyə olmaz axı? Hansı qanunda belə məhdudiyyət var? Yoxdur! Sadəcə vergi orqanı ƏDV üzrə ödəniş etməmək üçün yeni fənd işlədir”.
“AzPolitika” bildirir ki, bunu iqtisadçı, bank sahəsi üzrə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.
Ekspert sual edir: ”Bu bir yana, sual verirəm ki, vergi orqanı axı haradan bilir ki, çek üzrə alış-verişi dostum deyil, mən etmişəm? Deyilənə görə, vergi orqanı şəxsin gəlirinə diqqət edir: gəliri bu qədər ƏDV üzrə xərcindən azdırsa, bu qənaətə gəlir ki, alış-verişi başqa şəxs edib”.
Hüquqşünas vurğulayır ki, əvvəla, bu yanaşma kökündən səhvdir: “Bəlkə şəxsin indi gəliri azdır, amma illərlə pul yığıb, indi də xərcləyir? Və ya bəlkə ona kimsə maddi yardım edib, ola bilməz ki?”
Ə.Həsənov xatırladır ki, hələ 2005-ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqda qanun qəbul olunub, amma hələ də icra olunmur: “Yəni ölkənin məmurları gəlir bəyannaməsi vermədiyi halda sıravi vətəndaşdan necə tələb etmək olar ki, xərcin üzrə gəlirini təsdiqlə? Vergi orqanı belə prinsipialdırsa, əvvəlcə öz vəzifəli şəxslərindən, habelə digər yüksək vəzifəli məmurlardan başlasın! Maraqlansın görək ki, onlar hansı gəlirləri müqabilində dəbdəbəli evlərdə yaşayır, özləri və ailə üzvləri bahalı avtomobillərə və sair əmlaklara malikdirlər və s. Hətta onların əynindəki paltarların və saatların qiymətini yoxlasalar, illik maaşlarından bahalı çıxar. Mən vergi orqanına bu işdə yardım etməyə hazıram. Elə onun öz rəhbər vəzifəli şəxslərindən başlayaq”.
İqtisadçı sonda vurğulayır ki, bu çek üzrə hər hansı vətəndaş alış-veriş edibsə, ƏDV üzrə ödənişin kim tərəfindən alınmasının nə fərqi var: “Pul onsuz da büdcədən çıxacaq da! Bəlkə ciblərinə qoymaq istəyirlər?”
Rasim Əliyev
“AzPoltika.info”

Şərhlər
İqtisadiyyat nazirliyinin vergi xudmeti Cabbarov nazir iken ümidinin Neft fondundan transferlere -milletin geleceyine saxlanıkan ehtiyat kaputala bsğlaya biler bi pul qurtarsa möhterem Cabbarov cenabları ne edecek göresen???
Musa bey savadlı kadrı savadlı rehber işe götürmeludur o da Cabbarov Mikayılın etrsfında yoxdur ve olmayacaq.
Başqasının aldığı çeki digərinin hesabına yüklənməsi haradasa düz deyil, onsuz da müştərinin götürmədiyi çekləri mağazalar satırlar, buna da nəzarət edən yoxdur.
Çox obyekt, nə kartla ödəniş edir, nə də çek verir. Məsələn Şəkidə bir-neçə böyük market, aptek və bəzi restoranları çıxmaq şərti ilə heç bir obyekt nə kartla ödəniş edir, nə də çek verir. Şəkidə tikinti materialları satanlar, Sabit Rəhman küçəsindəki guya "Ucuzluq" adlı mağaza, və s. heç kart ödənişi də etmir, çek də vermir. Verginin də xəbəri var, amma görəsən nə üçün onlara şərait yaradılır?
vergi xidmetinde ishleyenlerin çoxu bisavaddir . ele bil seçib yığıblar ora
Ölkədə qanun və qanunsuzluq yalnız sadə vətəndaşa şamil edilir
umumiyyetle vergi xidmetinde bir agilli insan cixib deyecekmi ki bu ne demekdir edv odenisini ya legv ele yada bele dusuk bir metod isletme ayibdi bunlar ne yeyirlr ne icirler bu ne qerardi axi niye bir savadli kadiri ise goturmuller