Menu

AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək

10.06.2025, 21:24
AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək.

"AzPolitika" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunub ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur. 

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.

Şərhlər

Nusrət 2025-06-16 06:12:01

Xalq dusmənləri-xalq vəkilləri yox.

Rəşid 2025-06-14 06:50:43

Çox xaricdə belədir demək hüququnuz yoxdur.bəlkə əvvəl onlarda maaş nə qədərdir onu deyəsiniz.utanmasan oynamağa nə varki..

Çingiz 2025-06-13 13:14:09

Halhazirki tariflerde edaletli deyil. Dagliq regionlarla aran arasinda qaz serfiyyati limitinde heç bir ferq yoxdur. Ekseryetinin Qebelede villasi var bilmirlerki Qebelede ehali May ayinin sonlarina kimi istilik avadanliqlarindan istifade etmeye mecburdurlar.

nemat 2025-06-13 13:06:20

bu ne biyabirciliqdir bunlar ne yeyirler ne icirler bu xalqa niye zulm edirsiz axi

Çingiz 2025-06-13 13:05:57

Hal hazirda móvcud olan tariflerde edaletli deyildir.Çúnki dagliq rayonlarla aran rayonlarin qaz serfiyyati limitinde heç bir ferq qoyulmamisdir. Tarifleri tesdiq edenlerin ekseryetinin Qebelede villalari var ózleri bilmirlerki Qebelede bezen May ayinin axirlarina kimi istilikden istifade etmeye ehali mecburdur.

Siyavuş 2025-06-13 02:26:36

Belə çıxır ki mən ayda 15 manatlıq elektirik enerjisi işlədirdim bundan sonra daha çox ödəməli olacam bu isə abonentlərdən hər ay əlavə pul almaqdır haqlı olaraq bu qərara etirazımı bildirirəm

⏳Chelovek Mira 2025-06-12 23:12:10

Xarici ölkələrin adını çəkəndə zəhmət olmasa konkret ölkələrin adlarını yazın ki, camaatda bilsin! Mənim bildiyim ölkələrdə isə ( içində həm Avropa, Asiya, Yaxın Şərq ölkələri olmaqla) hər kəs istifadə etdiyi qədər sayğacın göstəricilərinə uyğun ödəniş edir!!!

Vətəndaş 2025-06-12 21:46:54

cibləri boşalıbda yenə kim doldurmalı qara milət

Əjdər 2025-06-12 21:39:32

Biz bu gündən sonra 200 il yaşasaqda Azərbaycanda həmişə əziyyət aşağı təbəqə olub. Nə ûçûn çûnki aşağı təbəqənin sözûnû. fikrini eşidən yoxdur.

Adil 2025-06-12 21:31:53

Variantlari qutarib deyesen. Menim evimde saygac var. Oz pulumla almisam. Gelib mohurleyib hokumet de. Ne yazir onu da oduyurem.Istediyim qenaeti,israfi eliyirem Neye lazimdi teze tarif.

məhəmməd 2025-06-12 18:37:21

işıq,su,,qaz,neft bu sərvətlər Azərbaycan xalqına məxsusdur. nədən bunların qiyməti xarici dövlətlərlə müqayisə olunur. "deputatların" güc nazirliklərinin maaşı istisna olmaqla yerdə qalan əhalinin maaşı heç Ermənistanla müqayisə olunmur. hər sərvət özümüzün qiymətlər Avropa səviyyəsində. sabit tarifin geniş izahatını verin.

Muslim 2025-06-12 15:59:57

Milli Meclis milletin xeyrine ne vaxtsa bir qerar qebul edibmi Ancaq milletin ziyanina olan qerarlar bir gecede qeyd wertsiz muzakiresiz filansiz bir gecede qebul olunur Indi de fikir kommunal xercleri artirmaqdir Y

ramil 2025-06-12 14:27:11

Cəlilabad rayon maşlıq kəndində ssr nin vaxdindan qalan trasfarmatorlar direkler və açıq şəkildə olan kabellerdir..90-100 volt arası tok gelir azerşıq isə yalandan deyirki inkişaf edirik. İnkişaf edirler ancaq milləti soymağda inkişaf gedir..azerşıqın xidməti 0 desem yalan olar 0 danda aşağıdır

Cavanşir. 12 .06.2025 2025-06-12 13:05:14

Bu dəyişişlik ,ancaq sadə vətəndaşlara aiddir.Onsuzda məmurlar ,onların yaxın ətrafı,nə işıq pulu ödəyir,nədə qaz pulu.Məmurlarin 5 mərtəbəli villası var,sadə vətəndaşinda uzağı 1 yada 2 otaqlı evi,necə yəni hamı eyni sabit aylıq pul ödəməlidir,istehlak dan asısıli deyil bir başa adı vətəndaşi soymaq üçündür bu hoqqalar.Deputatlar bu qanunu təsdiq etməməlidir,əleyhinə səs verməlidir

Azəri 2025-06-12 11:15:33

Beynəlxalq təcrübəyə əsasən? Bəlkə onda əvvəlcə maaşları beynəlxalq səviyyə uyğunlaşdırasınız?

yetim 2025-06-12 11:14:04

bele başa düşdüm ümumi şebekeye sayğac qoyulacaq 50 neferlik şebeke ne yandırıbsa 50 nefer arasında bölünecek elemi?

Vətəndaş 2025-06-12 07:37:02

Yəni evdə yaşamayanlarda işıq pulu ödəyəcək

Vusale 2025-06-11 23:15:30

Qazandigim ancaq isiq,qaz puluna gedir ,imkan verin usaqlarmiza yemekde alaq

Bəhruz 2025-06-11 23:03:42

Daa keçib...o Azərenerginin işçilərinin maaşını da hesablayıb camaatın üstünə yazsınlar , canları qurtarsın.Biz ödüyərik. Yazıqlar olsun.

Sim sim 2025-06-11 22:55:29

Xarici ölkələrlə müqayisə? Müqayisə maaşla da olunsun də

Tahir 2025-06-11 18:57:33

Yenə soyğunçuluq başlayır.3 manat artırırlar,5 manat zorlayıb alırlar.Bəsdida,utanın.

MAŞ 2025-06-10 23:22:14

Müqavilədə işığın kəsilməsi üçün işıq idarəsi tərəfindən təzminat verilməsi mütləq göstərilməlidir

Fəzail 2025-06-10 22:06:15

Ayının 52 oyunu bir armd əldə etmək olduğu kimi bu dəyişimlər də əhalini daha çox soymaq cəhdidir

Vətəndaş 2025-06-10 16:57:53

Azərbaycanda elektrik enerjisi tarifəri hesablanarkən hansı elektrik stansiyalarında alınan enerjinin qiymətləri əsas götürülür?Axı İstilik.su.günəş,yel stansiyaları mövcuddur ki.bnlarda enerji fərqlı qiymətə başa gəlir.Bəs əhali üçün tarif hesablananda bunlar necə nəzərə alınır?.30 ildir ki. bahalaşdırılır..Axı bu süni bahalaşmadır.Xalqa xidmət əsassız.kor təbii bahalaşmamalıdır. və əhaliyə əsaslı izahat verilməlidirl

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol