Menu

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

06.07.2025, 21:58
Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

Xəstəxanaya aparılan əsgərlərdən 5-i həyatını itirib.

Allah məqamlarını uca eləsin, inşəAllah!

Şərhlər

Kirpi 2025-07-06 23:30:09

Başın sağolsun Türkiyə. Şəhidlər ölməz Vətən bölünməz. Qardaşım Recep Tayyip Ərdoğan, bu kədərinizə şərikəm, şəhidlərə rəhmət, Ailələrə səbr diləyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol