Şahlar Əsgərov: “Təhsilin zəifləməsi xarici qüvvələrin yəni beşinci kalonun maraqları ilə üst-üstə düşür”
Hər il 700 bal toplayan abituriyentlərin sayı artmaq əvəzinə ya azalır, ya da stabil olaraq qalır. Məsələn, bu il IV ixtisas qrupu üzrə cəmi 2 nəfər 700 bal toplamağa nail olub. Bu isə haqlı olaraq belə bir sual doğurur ki, 700 bal toplamağa nə mane olur?
"AzPolitika" xəbər verir ki, bunu təhsil eksperti Şahlar Əsgərov Azedu.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb: "Mənə görə, bu gün təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir çox əsaslı səbəbləri var. İlk növbədə hesab edirəm ki, milli təhsil vaqonu artıq relsdən çıxıbdır və irəliyə doğru hərəkət yoxdur. Təhsil sistemində qərar verənlər arasında pedaqoqlar deyil, daha çox iqtisadçılar və hüquqşünaslar üstünlük təşkil edir. Mən bu vəziyyəti belə izah edirəm: necə ki, xəstəxanada həkimlər yox, iqtisadçılar söz sahibi olarsa, orada vəziyyət ağırlaşar, eyni durum təhsil sahəsində də müşahidə olunur. Bu da ona görə baş verir ki, pedaqoqlar təbiətən ictimai mənafe daşıyıcılarıdır, iqtisadçılar və hüquqşünaslar isə şəxsi; burdan da çox qüsurlar törəyir".
"Digər bir vacib məqam isə milli təhsilin nə fəlsəfəsinin, nə də paradiqmasının olmasıdır. Mən sual edirəm: məktəbəqədər, məktəb və ali təhsil pillələrində sabit qalan fəaliyyət prinsipi hansıdır? Bundan əlavə, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb və bu prosesdə ağsaqqal, təcrübəli müəllimlər imkan düşdükcə hörmətsizləşdirilir.
Mən həm də düşünürəm ki, təhsilin zəifləməsi xarici qüvvələrin yəni beşinci kalonun maraqları ilə üst-üstə düşür. XXI əsr artıq süni intellekt dövrüdür və belə bir zamanda təhsilə köhnə baxışla yanaşmaq olmaz. Təhsil sistemi gəncin ali məktəb oxuyub, sonra iş axtarıb, sonra da dünyasını dəyişməsi üçün bir yol olmamalıdır. Mən inanıram ki, hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır…
Sonda isə onu qeyd etməliyəm ki, bəli, bəzi nazirlikləri tək əllə idarə etmək mümkündür və bu bəzən məqsədəuyğundur da. Amma mənə görə, təhsil və mədəniyyət nazirlikləri mütləq kollegial şəkildə idarə olunmalıdır. Çünki bu sahələr çox mürəkkəb sistemlərdir". – deyə, Əsgərov bildirib.
“AzPolitika.info”

Şərhlər
Nə vaxta kimi Sizin kimi ekspertlər süni zəka ilə süni intellekt-in fərqini başa düşmürlər belə də davam edəcək. Ay professor ekspert, ay akademiklər niyə utanmırsız, abırıniz həyanız yoxdur? Orta məktəb dərsliklərinə də süni intellekt ifadəsini salıb şagirdləri də çaş-baş salırsız. İnformatika üzrə akademıklərə, orta məktəb üçün dərsliklərin redaktoru akad. Rasim Əliquliyevə yazılı olaraq da yazıb göndərmişəm ki, bu səhv ruslarda - rus ədəbiyyatında necə baş vereib. Mən o vaxtlat 1984-cü ildə Moskvada SSRİ EA Hesablama mərkəzində, sovet süni intellekt məktəbinin atasaı, patriarxı akad. Qermaqen Pospelovun şöbəsində aspirant idim, həmin səhvin rus ədəbiyyatına necə getdiyinin müzakirəsində iştirak etmişəm. Azərbaycanın bütün informatika akademiklərinə 3 ildir bu haqda yazıram. Heç bir təsiri yoxdur. Məncə, utanırlar öz səhvlərini etiraf etməkdən, rus dediyini səhv və ya düz olmasından asılı olmayaraq tutuquşu kimi təkrarlamaqdan. Ancaq zaman hər şeyi yerinə qoyacaq! Gənc nəsil onları lənətləyəcək, kütbaşlar deyib lağa qoyacaq və Süni zəka ifadəsini də leksikonumuza daxil edəcəklər! Şahlar m. istəsəniz görüşüb ətraflı məlumat verərəm.
Qeyri peşəkarlar təkcə təhsil sahəsində yox, bütün sahələrdə üstünlük təşkil edir.
C.Əsgərov çox doğru fikir sőyləyib. Təhsil sistemində həddindən çox cavan kadr yığılıb bu hal təhsilə kŏmək əvəzinə daha da geri salacaq...
Mən ekspertin fikirləri ilə tam razıyam .Bir vaxtlar olub ki Azəırbaycanın idarəetmə sisteminın ən yuxarı eşelonlarında əsasən Azərbaycan Neft Kimya, Politexnik və İnşaat Mühəndisləri İnstitutlarının məzunları üstünlük təşkil edirdi.Ölkəmiz inkişaf edərək böyük uğurlar qazanırdı .İndi isə bir cox sahələrdə də mühəndislərə hüqüqşünaslar və iqtisadçılar rəhbərlik ediurlər .Mən o sahənin vəziyyətinin nə yerdə olduğunu təsəvvür edirəm .Şair Qabil demiş-Müsibət oluruq biz səhv düşəndə yerimiz
Doğrudan da, relsdən çıxıb..