Menu

Ağdərədəki yanğın zamanı mina partlayıb - Xəsarət alan var

21.08.2025, 18:10
Ağdərədəki yanğın zamanı mina partlayıb - Xəsarət alan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol