Bakı şəhər sakini Orucova Maya 1995-ci il təvəllüdlü qızı Səmiyyə Orucova ilə bağlı imkanlı şəxslərdən yardım istəyir.
Bu barədə "AzPolitika"-ya müraciət edən ana beyin xərçəngi diaqnozu qoyulan Səmiyyənin 2015-ci ildə əməliyyat olunduğunu, lakin sonradan beynində yenidən şiş əmələ gəldiyini bildirir.
M. Orucovanın sözlərinə görə, həkimlər əməliyyatın mümkün olmadığını, qızının yalnız müalicə ilə yaşaya biləcəyini deyirlər.

Ana bildirib ki, qızının müalicəsi üçün evini satıb və hazırda kirayədə yaşayır.
O, ailəsinin çox ağır vəziyyətdə olduğunu, həyat yoldaşınnın Səmiyyənin xəstəliyinə dözməyərək vəfat etdiyini, daha bir qızının da ötən il maddi imkansızlıq səbəbindən xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirir. Ananın himayəsində epilepsiya xəstəliyindən əziyyət çəkən daha bir oğlan övladı da var.
Maya Orucova çarəsiz vəziyyətdə olduğunu, bəzən övladlarına yemək belə verə bilmədiyini deyir.
Daha bir övladını bu xəstəliyə qurban vermək istəmədiyini deyən ana xeyirxah insanlardan qızının müalicəsi üçün dəstək göstərmələrini xahiş edir.
Kapital Bank: 5239 1517 6939 6576 (Orucova Maya, ananın adına)
Əlaqə: 070 455 94 29
"AzPolitika.info"

Şərhlər
Allah c.c. Şafi ismi hörmətinə şifa versin. Gücüm çatan köməyi etdim. İnşAllah siz övladınıza brakoli şirəsi verin gündə ən az üç bardaq. Yəqin qanqal tanıyırsız onun toxumu satılır onuda əskik etməyin. Satılır alın əzin gündə üç qaşiq verin yesin. Allahin iznilə sağalar Dərman boş şeydir. Xəstəmizə veririk faydasın görürük. RƏBBİMDƏN YARDIM İSTƏYƏN ƏLİ BOŞ DONMƏZ
Allah sənin övladlarına şəfa versin. Yazığ ana, insan bu qədər də zülüm çəkərmi. Səhiyyə Nazirliyi, Ailə, Uşaq Komitəsi və digər aidiyyatı qürumlar hara baxır, niyə kömək etmirlər???...Deputatları, məmurları "xan kefində" yaşayır, ancaq belə insanlar da var, sifətləri heç vaxt gülmür. Şəxsən mənim azca imkanım olsaydı, kömək edərdim, ancaq necə deyərlər özüm ehtiyac içində yaşayıram...
А где нефтедоллпары,газодоллары,штрафдоллары