Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevə birinci müavin təyin edilib.

"AzPolitika" xəbər verir ki,  bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Mehbalıyev Fuad Fərhad oğlu Baba Salayevin birinci müavin təyin olunub.

Qeyd edək ki, Fuad Mehbalıyev bundan əvvəl FHN-nin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.