Menu

İsraildə İrana casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

03.10.2025, 19:56
İsraildə İrana casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

İsrail hüquq-mühafizə orqanları İran üçün kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

APA İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail polisi və “Şin Bet” (Daxili Təhlükəsizlik Xidməti) məlumat yayıb.

Məlumata görə, saxlanılan 23 yaşlı şəxs “Dead Sea” otelində əməkdaş kimi fəaliyyət göstərib. O, otelin yerləşdiyi ərazinin və ətrafının fotolarını çəkərək kəşfiyyat məqsədilə toplayıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol