Menu

Şəkidə iki avtomobil toqquşub - 6 nəfər xəsarət alıb

03.10.2025, 20:13
Şəkidə iki avtomobil toqquşub - 6 nəfər xəsarət alıb

Şəkidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Wolkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üç nəfərinin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Digər üç nəfər - "Wolkswagen"in sürücü, 75 yaşlı Məmmədəli Mənəfov, "VAZ-2106"nın sürücüsü, 77 yaşlı Ağası Səmədov və sərnişini, 42 yaşlı Nazim Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol