Menu

SABİQ MTN NAZİRİNİN DƏ HƏBSİ GÜNDƏMDƏ - İspaniya mediasından ŞOK YAZI

19.10.2025, 10:00
SABİQ MTN NAZİRİNİN DƏ HƏBSİ GÜNDƏMDƏ  - İspaniya mediasından ŞOK YAZI

Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir. İspaniyanın nüfuzlu “Diario de Mallorca” nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna rəsmi məktub göndərib.

Musavat.com xəbər verir ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və ofşor şəbəkələri barədə geniş məlumat təqdim olunub. Bildirilir ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir.

Eldar Mahmudovun “gizli silahı” - MTN SABİQ NAZİRİ ŞƏKİLLƏRLƏ HƏBS EDİB

29,6 milyon avroluq mənimsəmə zənciri

Baş Prokurorluğun İspaniya tərəfinə təqdim etdiyi sənədlərə əsasən, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb. Həmin hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı ofşor şirkətə məxsus olub.

Şirkətin sahibi kimi göstərilən Sahib Əli oğlu Ağayev Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəxs hesab olunur. 2014–2015-ci illərdə bu vəsaitin bir hissəsi Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində olan digər ofşor şirkətlərin hesablarına köçürülüb.

Eldar Mahmudovun ailə sərvətləri (Araşdırma)

Azərbaycan məhkəmə sənədlərinə görə, Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmə ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Mahmudovun digər qohumları və yaxın əməkdaşları da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar.

Avropada yüz milyonlarla avroluq əmlak şəbəkəsi

Baş Prokurorluğun açıqlamasına görə, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınıb.

Eldar Mahmudovun övladları məhkəməyə verildi (SƏBƏB)

Komissiya roqatoriyası (beynəlxalq hüquqi sorğu) çərçivəsində əldə edilmiş məlumatlarda qeyd olunur ki, Mahmudovlar ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində — İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq və İtaliyada — ümumilikdə 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Prokurorluq bildirir ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra onun həyat yoldaşı və övladlarının adına rəsmiləşdirilib. Rəsmi sənədlərə əsasən, həmin vaxta qədər ailə üzvlərinin bu miqyasda gəlirləri olmayıb.

Eldar Mahmudov bu həftə həbs olunacaq

Ramiz Mehdiyev fonunda yeni antikorrupsiya mərhələsi

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan antikorrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir.

Şərhlər

nemat quliyev 2025-10-20 10:59:38

en tehlukelisi budu

Mubariz 2025-10-20 10:19:00

Hərə ağlına gələn fikirləri səsləndirir ,kimin kimdən zəhləsi gedir ,onun adını hallandırır ,həbsini istəyir, bunların hamısı onu göstərir ki ,ölkə korrupsiya bataqlığında batır ,hamı bu bataqlıqdan çıxmaq üçün bir-birini hədəfə alır .Ramizə yaltaqlanan bütün sabiq deputat ,nazir ,mediya özlərini sığortalamaq istəyir .Korrupsiyanı ölkədə tək sizlər yox ,körpələrdə bilir ,vaxtı çatanda onlarında mal-mülkünün bir hissəsini alacaqlar və sərbəst kef çəkəcəklər ,qışqırmaq isə sadə vətəndaşa qalacaq

Oxucu 2025-10-19 23:46:51

Məlumat üçün biririəm ki, Şəki İcra başçısı elxan Usubov Çörək Sünbül sexini 3 milyona satıb !

oxucu 2025-10-19 21:37:58

cənab baş prokuror eldar mahmudov iki qoyun yox 100 milyon oğurlayıb niyə həbs olunmur???

sadiq 2025-10-19 21:16:28

azərbaycanın nazır və dövlət adamlarının əksəriyyətinin övladları xaricdə yaşayır və böyük sərvətlərə sahibdirlər.

Moshu 2025-10-19 12:30:14

Ramiz Mehdiyevin ifşası domino effekti yaradacaq. "sehrli xalat"da pioner Rəşid xana xitabən: görmürsən onların sifətini? Doğrudan da çevriliş iddiaslnda olanların heç birinin sifətindən mərhəmətlik yağmır. Hamısının sifətindən dələduzluq yağır, elə bil ki, hər biri deyir ki, mən nankoram, satqınam. Bilmirəm, indiyə kimi cənab rezident bunların zıppıltısına necə dözüb? Görün hələ istintaq davam etdikcə vəzifədə olanlar, istefa həyatı yaşayanlar neçə-neçə qaqaçlar, bacişkalar başı papaqsız, kəlağaysız qalacaq. Cənab Prezident heç birini bağışlamamalıdır, heç birinə aman verməməlidir, çünki bu bağışlanası əməl deyil. Azpolitika, heç olmasa bu yazını verin, adamın ürəyi partlayır.Abbas Abbasovun sağ əli Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov, Qaçqınkomun sədri Rövşən Rzayev. Arzu edərdim ki, DTX Azpolitikanın səhifəsindən yararlansın. Bildiyim qədər notariat kontorlarına göstəriş veriblər ki, böyük qiyməti olan daşınmaz əmlakları rəsmiləşdirməsinlər. Bu çox vaxtında verilmiş qərardır. Bu əmlaklar müsadirə olunsa bir neçə ilin dövlət büdcəsi formalaşar. Ən azından Sinqapur təcrübəsindən yararlanmaq lazımdır.

Moshu 2025-10-19 08:20:37

Ramiz Mehdiyevin ifşası domino effekti yaradacaq. "sehrli xalat"da pioner Rəşid xana xitabən: görmürsən onların sifətini? Doğrudan da çevriliş iddiaslnda olanların heç birinin sifətindən mərhəmətlik yağmır. Hamısının sifətindən dələduzluq yağır, elə bil ki, hər biri deyir ki, mən nankoram, satqınam. Bilmirəm, indiyə kimi cənab Prezident bunlara necə dözüb? Görün hələ istintaq davam etdikcə vəzifədə olanlar, istefa həyatı yaşayanlar neçə-neçə qaqaçlar, bacişkalar başı papaqsız, kəlağaysız qalacaq. Cənab Prezident heç birini bağışlamamalıdır, heç birinə aman verməməlidir, çünki bu bağışlanası əməl deyil. Azpolitika, heç olmasa bu yazını verin, adamın ürəyi partlayır.Abbas Abbasovun sağ əli Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov, Qaçqınkomun sədri Rövşən Rzayev. Arzu edərdim ki, hüquq-mühafizə orqanları Azpolitikanın səhifəsindən yararlansın. Bildiyim qədər notariat kontorlarına göstəriş veriblər ki, böyük qiyməti olan daşınmaz əmlakları rəsmiləşdirməsinlər. Bu çox vaxtında verilmiş qərardır. Bu əmlaklar müsadirə olunsa bir neçə ilin dövlət büdcəsi formalaşar. Ən azından Sinqapur təcrübəsindən yararlanmaq lazımdır.

Moshu 2025-10-19 03:52:58

Ramiz Mehdiyevin ifşası domino effekti yaradacaq. "sehrli xalat"da pioner Rəşid xana xitabən: görmürsən onların sifətini? Doğrudan da çevriliş iddiaslnda olanların heç birinin sifətindən mərhəmətlik yağmır. Hamısının sifətindən dələduzluq yağır, elə bil ki, hər biri deyir ki, mən nankoram, satqınam. Bilmirəm, indiyə kimi cənab Prezident bunlara necə dözüb? Görün hələ istintaq davam etdikcə vəzifədə olanlar, istefa həyatı yaşayanlar neçə-neçə qaqaçlar, bacişkalar başı papaqsız, kəlağaysız qalacaq. Cənab Prezident heç birini bağışlamamalıdır, heç birinə aman verməməlidir, çünki bu bağışlanası əməl deyil. Azpolitika, heç olmasa bu yazını verin, adamın ürəyi partlayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol