Keçmiş deputat, elm və təhsil sahəsi üzrə ekspert Etibar Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə bağlı ciddi ittihamlar səsləndirib.
"AzPolitika" xəbər verir ki, o, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin bu sahədə “dövlət əhəmiyyətli bir layihəni urvatsız hala saldığını” bildirib.
Etibar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla Azərbaycan Milli Ensiklopediyasının latın qrafikası ilə hazırlanaraq nəşr edilməsi dövlət əhəmiyyətli məsələ kimi təsbit olunmuşdu.
Onun sözlərinə görə, həmin sənəddə Ensiklopediyanın 2004–2008-ci illər ərzində çoxcildli şəkildə nəşri nəzərdə tutulurdu: “Lakin sərəncamın imzalanmasından 21 il keçməsinə baxmayaraq cəmi 9 cild çapdan çıxıb. Bu işə məsul şəxs isə Ramiz Mehdiyev idi".
Etibar Əliyev deyib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tikilib istifadəyə verildikdən sonra, Ramiz Mehdiyev həmin binanın iki mərtəbəsini oğluna məxsus "Şərq–Qərb" nəşriyyatına verib.
“Bu, dövlət əhəmiyyətli bir layihəyə qarşı açıq sayğısızlıq idi. Ensiklopediyanın məzmununda da ciddi qüsurlar var idi: plagiatlıq, tərcümə səhvləri, anlayışların düzgün verilməməsi və hətta milli maraqlara zidd məqalələr yer almışdı,” - deyə o bildirib.
Etibar Əliyev qeyd edib ki, bu problemlərlə bağlı 2018-ci ildə Ramiz Mehdiyevin adına məktub ünvanlasa da, ona heç bir cavab verilməyib. Onun fikrincə, baş verənlər təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilən siyasətin tərkib hissəsi olub.
“Ölkələr bütün dövrlərdə öz intellektual potensiallarını önə çəkiblər və bu potensial Milli Ensiklopediyada təcəssüm olunur. Ramiz Mehdiyevin Ensiklopediyaya düşmən münasibəti nəticəsində bu sahə nəinki inkişaf etmədi, hətta cəmiyyətin böyük əksəriyyəti Milli Ensiklopediya barədə xəbərsiz qaldı,” – deyə Etibar Əliyev vurğulayıb.
Sonda ekspert əlavə edib: “Qalib xalqın Milli Ensiklopediyasına xəyanət etmək də dövlətə qarşı cinayətdir".
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər
helede bu mexluqdan qorxullar deyesen bele olmasaydi oglu nazir muavini olmazdi yeqin bizim bilmediyimiz bir sey var
Etibar muellim, ensiklopediya ucun hele telesmeiyin, qoy zamani yetishsin, Siz cox savadli adamsiniz, size boyuk hormetim var.
Halaldı AzPolitikaya - bütün sifətləri əvvəlki və sonrakı çıxışları ilə gündəmə gətirirsiz və bu sifətlər yenə utanmırlar ,özlərini təmizə çıxarmaq üçün yalanlar uydururlar ,daha da rəzil duruma düşürlər .Bir -iki saytdan başqa ( AzPolitika daxil ) vaxtında quldurlar barəsində yazılar dərc edəndə ,indikilər həmin bu rəzillərdən müsahibə götürüb Ramizi tərifləyirdilər ,bir də xahişim var ,bunları elə deputat kimi təqdim edin ,bunlar Millətin vəkili olmayıblar