Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslər üçün 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq.
"AzPolitika" bildirir ki, bu barədə yeni vergi dərəcələri ilə bağlı təqdim olunan plan açıqlanıb.
2026-cı ildən etibarən gəlir vergisi aşağıdakı şəkildə tətbiq olunacaq:
Aylıq gəliri 2 500 manata qədər olanlar üçün
2026-cı ildə – 3 %
2027-ci ildə – 5 %
2028-ci ildən – 7 %
Aylıq gəliri 2 500 – 8 000 manat aralığında olanlar üçün:
2026-cı ildə – 75 manat + 2 500 manatdan artıq hissənin 10%-i
2027-ci ildə – 125 manat + 2 500 manatdan artıq hissənin 10%-i
2028-ci ildən – 175 manat + 2 500 manatdan artıq hissənin 10%.
Aylıq gəliri 8 000 manatdan çox olanlar üçün:
2026-cı ildə – 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i
2027-ci ildə – 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i
2028-ci ildən – 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i
Qeyd edək ki, bu dəyişikliklər fiziki şəxslərin gəlirlərindən tutulan vergi yükünün tədricən artırılmasını nəzərdə tutur və mərhələli şəkildə həyata keçiriləcək.
Bundan əlavə, 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarı da artırılacaq. Belə ki, hazırda 285 manat olan bu göstəricilər gələn ildən 15 manat artırılaraq 300 manat səviyyəsində müəyyən ediləcək.
"AzPolitika.info"

Şərhlər
Hə gözəl fikirdi xalqın qanını sovurun və qan içən adamlara şərait yaradın
Eger hesablasaq Bruce daxil olmalirini ondansa neft ve qeyri neft sektorunu azad ederdiler social odenishler artardi.Sahibkarlar daha çox maraq gostererdi ishlemeye .Ehalide pul artiqca aliciliq qabiliyyetide artardi.Indi ele eledim camaat bashlayaq gizletmeye.Onsuzda pensiya yasina çatmadan öldün yigilan vesait gedir Selim Muslumov kimilerine novbeti billasini tikmek üçün.Daha camaati yuklemek lazim deyil is yox camaat rayonda evini satir gelir şehere .Ne etmek fikriniz var basha dushmurem