İqtisadçı Natiq Cəfərli Azərbaycan hökumətinin vətəndaşların vergi yükünü artırmaq qərarını sərt tənqid edib.
“AzPolitika” xəbər verir ki, N.Cəfərli öz sosial şəbəkə səhifəsindəki paylaşımında hökuməti uzun illər boyu normal, işlək iqtisadi sistem qura bilməməkdə günahlandırıb: “Hökumət vətəndaşların vergi yükünü artırır, çünki, ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır, hökumət isə son 30 ildə normal, işlək, böyük həcmdə əlavə dəyər yaradan iqtisadi sistem qura bilmədiyindən, üzünü yenə vətəndaşa, onun vergilərinə çevirir.
Hökumətin təklifi belədir: 1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq, 2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq, 3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.
Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
Yəni, şanlı hökumətimiz bir qərarla 3 il ard-arda vergiləri kəskin artıracaq. 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq.
Bundan başqa hökumət deyir ki, işsiz insanların tibbi sığortası olmayacaq, işləmir, canı çıxsın hardan istəyir ildə 192 manat tapıb ödəsin, yoxsa sığortadan istifadə edə bilməz. Hökumətin yanaşmasından belə çıxır ki, kasıbsansa, niyə sağlam olmalı, niyə yaşamalısan?!
Həzərat, gələk məsələnin kökünə, mahiyyətinə - xatırlayırsınızsa, İqtisadiyyat nazirliyinin belə bir şüarı var, "Dövlətə vergi – Vətənə sevgi". Yarımçıq, hətta, vergi tarixinin fəlsəfəsinə ziddir, sloqan və yanaşma belə olmalıdır: “Dövlətə vergi – Vətəndaşa seçki”. Çünki, tarixən vergi ödəyicisi seçici, siyasətə təsir edən vətəndaşlar olub. Bu gün hökumət bizim vergilərimizə möhtac qalıbsa, deməli bu tək hökumətin səlahiyyəti deyil, həm də məsuliyyətidir”.
“AzPolitika.info”

Şərhlər
Guya nazir iqtisadiyatdan nəsə qanır?Təsadüfi adamdan nə gözləmək olar? Niyə bunu hakimiyyət bilmir və görmür?
Milləti xalqı meşoğa yığıblar və düyün də vurublar. Bir qalıb aparıb okeana atmaq.
Oksigendə pulnan olacaq bu ölkədə.
Hörmetli "Azpolitika"Xahiş edirem fikirlerimize "Rende" çekmeyin ya buraxmayın ya da nece var ele de verin qoyun fikir azadlığı olsun.Bu bize qarşı hörmetsizlikdir.
Belə alınır ki məmutlar ancaq öz ətrafı üçün işləyir.
Daha doğrusu məmurlar xalqdan ayeı düşüb. Bu daha doğru olardı. məmurları yaltaqlıq,yalan tərif və tələblərini ödəmək maraqlandırır....
Bilirsizmi,suda boğulan saman çöpünə əl atar deyib, atalar.Rəhmətlik İlyas İsmayılovun lax yumurta söhbəti yadıma düşdü.Reqionların sosial-iqtisadi inkişafı,yeni iş yerlərinin açılması,büdcənin sosial yönümlü olmağı,analoqsuz inkişaf və s. sabun köpüyündən başqa bir şey deyil.Heç bir hökumət üzvü özünü əziyyətə salmaq istəmir. Təsəvvür edin,əgər təxminən ölkədə 2 milyon muzdla çalışan işçi varsa və onlar təxminən orta hesabla 1000 manat əmək haqqı alırsa 3 faiz vergi 60 milyon manat vəsait deməkdi.Bundan gözəl nə ola bilər.Nə yoğurdum nə yapdım,hazırca kökə tapdım.
təəssüf ki hökümətdə savadlı iqtisadi komanda yoxdur
Ne qeder ki,ölke iqtisadiyyatını bu cür kadrlar idare edir Azerbaycan uqtisadiyyatında yenilik ve inkişaf gözlemeyin.
Azerbaycan iqtisadiyyatını çökdüren iqtisadiyyat nazirluyinin bir günluk de istehsalat recrübesi olmayan mesuliyyetsiz komandasldır.Nazirin rehberlik etdiyi bur qurumda müsbet irelileyiş yixdur ve olmayacaq da.