Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir.
Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.
"AzPolitika" xəbər verir ki, Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini bildirən Laləzar Əliyeva isə anası ilə deputatın toyundan çəkilən fotoları Teleqraf-a təqdim edib. (Fotolar aşağıda təqsim olunur-red.)

Laləzar Əliyeva onu da bildirib ki, atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazırdır: “Sizə təqdim etdiyim fotolarda ata-anamın toy şəkilləridir. Atamın nənəsini Rüqsarə xanımın da qucağında şəklim var. Dünən yoldaşım gəldi ki, videoları sil, atan səni həbs etdirmək istəyir. Necə onun qızı deyiləm ki, məni tutdurmaq istəyir. Mən analiz verməyə də hazıram”.
***
Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu deyib.
O, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.
L.Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. Qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.
“Qafqazinfo” məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxlayıb. O, videodakı xanımla bağlı aşağıdakıları bildirib: “Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”
Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb.
***






Şərhlər
bəs Adnan Əhmədzadə.Mehdiyev harada qadı?Bu yarmazalarla (Ağamalı.Elman ) gündəliyi niyə qarışdırdınız ? Axı fillər kənarda qaldı.
Xalqa zülm edən,həyatını cəhənnəmə çevirən hakimiyyətin də Elman və ona bənzər olan deputatları olmaıdır ki,zülmün üstünü örtməyə çalışsınlar. Bunları xalq seşmir ki,Məzahir kimi saxtakarların maxinasiyası iəl siyahiyə yazıbar..
Qız sanki fırt eləyib Elmanın deputat burnundan düşüb. Kopya dədəsidir
Elman Nəsirovun,Fəzail Ağamalı timsalında Milli Məclis deputatarının kimliyini anamaq asanlaşıb.Gorün ölkəı necə idarə olunur.Sistemin antixalq olduğu artıq üzə çıxarılıb.
Ay Elman indi Cix Televizora Dani's gorum ne bosbogazlig edessen ar Olsun sene eyer kisisense deputatligdan ve partiyadan istefa ver
Bu deyirdi də erməni səngərdə əyilə əyilə gəzir. Bu....səngər ondan ötəri dir ki əyilib gəzəsən ki qarşı tərəf öldürməsin səni. İndi də uşağına yiyə çıxmır. Bax bizim deputatlar hamısı bu gündədirlər. Onlar milləti xalqı nə hərləyirlər. Özləri keflə yaşayırlar. Millətə qarşı də nə qədər pis qanunlar olsa hə deyirlər. Erməni ilə onların fərqi yoxdur vallahi
Adam sufetinden melumdu , kimdi nedi ))
Bu nəsirovu heçdə müdafiə etmirəm yəqin ki insan kimi o qədər də yaxşı adam deyil amma bu qızda öz ittihamlarında kobud səhvlər buraxır, bir tərəfdən deyir ki atası onunla artıq uşaqlıqdan bütün əlaqələri kəsib o biri tərəfdən isə deyir ki atası onun ərini yaxşı işə düzəldib)))
Danışığı, əməlləri, həyatı (yəqin elmi də) eyni dərəcədə olan Elman Nəsirov kimi deputat yapılmışlar xalqı "ağ gün"ə clxaracaq.
Elman Nəsirov xalq millət vəkili seçməyib, hakimiyyət deputat təyin edib. Belə adamlar bu gün Azərbaycan xalqını təmsil edir. Çox heyif. Gərək hakimiyyət kimisə təyin edəndə zatı kökü olan insanları təyin etsə yaxşı olar. Bu gün vəzifədəkilərin əksəriyyəti Elman Nəsirov tipində adamlardır. Ayıb olsun.
Bu boyda yalan olmur, ay Nəsirov.Onsuz da sənin şəxsiyyətinn ,mənliyin çıxışlarından..yalanlarından bllidir..Bunu anlayana!
Elman Nəsirov əgər bu xanımın dedikləri həqiqətdirsə tfu sənin sifətinə. Ar olsun sənə. Qız övladını həyatı ümidinə buraxan...secicinin qayğısına qalacağı absurddur. Bu doğrudursa sənin daha deputat kimi danışmağa haqqın yoxdur.Başına xına qoyan kişilərdən bir kişilik görmədim.Sən bu qız olanda müxalifətdə idin.