Menu

Fransada Luvr muzeyinin soyğunçuluğu işi üzrə iki nəfər saxlanılıb

26.10.2025, 16:18
Fransada Luvr muzeyinin soyğunçuluğu işi üzrə iki nəfər saxlanılıb

Fransa polisi oktyabrın 25-də axşam saatlarında Parisdəki Luvr muzeyində soyğunçuluq işi üzrə iki şübhəlini saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər yayıb.

İlkin məlumata görə, şübhəlilərdən biri Parisin Ruasi-Şarl de Qoll hava limanından təyyarə ilə Əlcəzairə uçmağa cəhd edərkən saxlanılıb.

Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyindən Napoleon və imperatriça Jozefina kolleksiyalarından zinət əşyaları oğurlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol