Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər
Cənab DTX-i xahiş edirik yolunuzu Şəki İcra hakimiyyətinə salın ! Şəki İcra Hakimiyyəti "Qocalar evini" xatırladır, o cümlədən Şəki Bələdiyyəsi də Qocalar evini xatırladır, harda yüksək pensiya alan var, Şəki Bələdiyyəsində işlə təmin edilib. Cavanlarımız isə işsiz qalıblar....?
Sadalanan hallar uzun illərdir bütün icra hakimyyətərində hər gün baş verir. Aşkar etmək üçün bir o qədər düşünmək lazım deyil.Bəsbu hallar niyə yuxarıdan nəzarətsiz buraxılıb7Bax əsas məsələ bundadır.yığılan küllü miqdarda rüşvət .korrupsiya pullarının aqibəti sonra necə olur.Faizlərlə necə və haralara çatdırılır?
A KOMPOT?
Prokroruror ənabları yaxşı bilir ki.bu əməliyyatlar ökənin bütün icra srukturlarında rüşvətlə həll olunur və bu əməliyyatlara sas birincişəxs icazə verir.Müavin dedikləriniz yalnız göstərişiicra edirr.Yəni rüşvvət əməliyyatı yuxarnın göstərişi olmasa müavin eyməsi mümkün deyil.Bəs onda niyə rəislər kölgədə saxlanılır?
Bəs əsas quldur niyə tutulmayib ? Həps edilənlər icraçilardi. .axi.