Hökumətin vergi və rüsumların, cərimələrin artırılması hesabına büdcəni doldurmaq siyasəti haqlı narazılığa səbəb olur.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edib.
N.Cəfərli yazır: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, sitat: “Elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır”.
Rəsmən dolayıblar insanları, hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektrik və hibrid maşınlar?
Hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür? Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.
İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar.
Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz...”
“AzPolitika.info”

Şərhlər
Biyabirciliqdi
Gulmelidi valla bizde masin istehsali yoxdur her bir sey boltuna kimi gelir bura. ..burda ancaq qapilarin ve kapotun ustune baqliyirlar adinda qoyublar yerli istehsal...qiymetleride baha deyin iran masini satiriq daha gulmeli olmasin onuda irandan alib getirib bize siriyirlar qiynetde irandaki qiyemetden 5 qat baha
Dovletin budcesini kasibin cibiyle yox memurlarin seyfleriyle doldurulmalidir.illerle yigib taladigi servetle
Birazdan mobil telefon istehsalina gore de vergi tutacaqlar
Neçə ki ŏvladivətən xamdı,bizim oğru-quldurlara kef çəkməli əyyamdı
Təşəkkür edirik Natiq müəllim!
avtomobil istehsalı Özbəkistanda da var. onlar bu sahədə daha ağıllı oldular nəinki biz
Vergi ilə büdcəni doldurmaq olar eyyy..., amma gərək o vergini qazanmaq üçün insanlara şərait yaradasan. İnsanları diləndirib vergi tələb edib büdcə doldurub havayı yeməyə nə var ki...?
Derd))
Mühendis düz deyir Mikayıl Cabbarov qarobul idarseinden öz "mükemmel komandası ile gelib arenaya e o bilse ki,senaye iqtisadiyyatın aparıcı sahesidir o sahenın inkiiafı ile meşğul olardı eger qabiliyyet savad varsa yıxsa neft fondu ve ehalıni vergi ile ike yüklemekle inkilaf ola bilmez bu qeyri mümkündür.Hökumetse bu hala sysur.
Üzeyir Hacıbəyov-dan:
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.
O şey nәdir?
O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir?
Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә! Bundan başqa, bir dә biz hәmişә başımızdan yekә iş görürük.
Amma bunun sәbәbi var. Sәbәbi dә budur:
Qonşularımız siçan boyda işlәr gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu, amma biz yatmışdıq. Vә camış dönüb dәvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nә vaxt ki, qonşularımız fil boyda işlәr görmәyә başladılar.
Qәrәz, gözümüzü ovxalayıb dedik ki, nә var? Biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tәzәdәn başlayaq, ancaq burasını iqrar elәyirik ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә, dәvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq, başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
Camışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildәn yuxarı çıxırlar.) Deyirik ki, eşşәk boyda iş görmәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini. Görürük yox, keçiyә dә tab gәtirә bilmirik. Onda mәslәhәti qoyuruq siçan üstünә.
Amma onda da görürsәn ki, içimizdәn bir pişik çıxdı vә siçanı yedi!...
Biz belә iş görürük.
Cənab Cəfərli hələ bilmir ki.Azərbayanın itisadiyyatının başında qoruqçu Mikayıl Cabbarovu qoyublar..Evdə bişməyib.qonşudan gəlməyib.O necə anlasın ki.sənaye nədir.iş necə qurulur.yaradılır.Sadəcə kimsə itələyib qabağa,ölkə dözür.Nə vaxtsa kimsə bunu anlayacaq.Hələlik carxı fırlanlr. 35-40vəzifə daşıyır.8
Cürcüstan tezliklə avtomobil zavodunun işə salır.Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətini bəllidir hər millətə...
M.Ə SABİR