Menu

BU ŞƏXSLƏR YENİDƏN YOXLANILIR - Hərbi xidmətə cəlb olunacaqlar

29.11.2025, 20:33
BU ŞƏXSLƏR YENİDƏN YOXLANILIR - Hərbi xidmətə cəlb olunacaqlar

Müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti yenidən yoxlanılır.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı deyib.

O bildirib ki, son bir il ərzində müxtəlif dövrlər üzrə hərbi xidmət çağırışla bağlı müəyyən xəstəliklərlə bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışdan sonra səhhətində ciddi problem aşkarlanmayanlar hərbi xidmətə cəlb olunur.

Şərhlər

Natiq 2025-12-01 22:38:42

Məncə bu yoxlamada ilk öncə sənədlər yoxlanacaq Eğer Dövlətin 2ci defe tibbi yoxlamasından yararsız çıxanlar cagirilmayacaq amma o sənədlərdəki sonsiyal ve dövlət tibbi xəstəxana yoxdursa çağırılıb yeniden Yoxlanacaq

Pərvanə 2025-12-01 20:21:45

Yalanan xəsdəlik kağızı alıb burada kiminsə evladlarını bədbəxd edənləri aparın Hələ elə qərar çıxaki saxda yolla sənəd düzəldənləri ya həpsə Yada elə yerlərdə əsgərlik çəkməyə gpndərələrki bəlkə Onda dərk edərlər həyatın neçə bucaq olduğunu

Мэммədli Mahir 2025-12-01 14:33:11

Yalandır. Eləsi var ki, 3 il Almaniyada guya oxudu, neçə ildir guya Türkiyədə oxuyur. Amma Gəncənin küçələrində gəzir. Pulun verib kef görür.

Elşən TT 2025-12-01 13:30:06

SALAM ALEYKUM
YAŞI 30,a QƏDƏR OLAN ŞƏXSLƏR DAXİLDİR BU MƏSƏLƏYƏ -

İLQAR ƏLİYEV 2025-12-01 12:10:50

Bu yoxlama, indikilərə aiddi?
Yoxsa bundan qabaqkılarada şamil olunacaq?
Məsələn necə yaşadan, neçə yaşa qədər?

Anar 2025-12-01 11:53:07

Əslində o qədər məmur övladları var ki, çağırın aparın hərbiyə bir batalyon çıxar, day pulnan yaxşı yerə saldırmayın getsin CAAMAT kimi qulluq eləsinlər kimdən artırdılar ki, onların pulu artıq olar amma şəxsiyyəti artıq ola bilməz, vətən darda olanda ancaq kasıbı qızdırırlar özləri isə vətəni yeyib tanıyırlar, vətən niyə bu uğrunda can qoyana heçnə eləmir ??

Araz 2025-12-01 11:29:03

Ay millət kim ki yararsız alıb hərbi komandanlıdan onları ƏƏSMN nəzdindəki tibbi komissiya yoxlayacaq həqiqətən yararsız olanlları aparmayacaqlar yararlı çıxanları isə aparacaqlar.

İslam 2025-12-01 11:15:00

əslində bu qayda qanun əvvəlcədən olsaydı daha gözəl olardı əsgərliy çəkmək gözəldi nə var ,e burda sağlam ola ola getmirsən 1 il 6 ay nə olan şeydir ki elə gəlib keçir ki heç xəbərin olmur vallah əsgərlik gözəldi vaxtında gedib gəlin hər şey öz vaxtında gözəldi

şahin 2025-12-01 10:59:10

Demək istəyirəm ki, həqiqi xəstələri göndərmək olmaz Təəsüf ki həkim komissiyası xəstələrə bigane olurlar .Mən bilmirəm hərbi hissədə səhhəti ilə əlaqədar faciə baş verəndə həkimlər məsuliyyət daşıyırmı.Suallar çoxdur.

Pünhan 2025-12-01 09:54:24

Hamısı boş söhbətdir ona görə ki, hərbi xidmət keçmək istəyən Azərbaycan gəncini pul almaq üçün, rüşvət almaq üçün qəsdən narkoman çıxardan ölkədir bura özləri üçün yeyinti yerləri aşkar edirlər nə təkrar yoxlanış eee

Qələbə bizimlədir ! 2025-12-01 09:18:37

Birinci növbədə , bütün məmurların evladları hərbi xidmətə cəlb olunsun ! Hamısı bir bir müayinə olunsun ! O , qədər xarici ölkələrdə keyf çəkənlər var ki . Hamısı geri qaytarılsın !

Maryam 2025-12-01 08:22:15

Bu işdə edaletli olmaları cox mütləqdir
Həqiqətən xeste olan hərbi xidmətə yararsız ola usaqlari təkrar təkrar yoxlamaq lazim deyil.hərbi xidmətdən yayınmaq isteyenlerin uzerine dusseler duzgun olmazmı?

MAHMUD MUSTAFAYEV 2025-12-01 08:01:53

Pul yığırlar...ƏLLƏHƏQQİHƏƏƏ...

İlkin 2025-12-01 07:08:25

Salam mənim hərbi biletə hərbi xidmətə yarasız vurublar hecbir işə girə bilmirəm hər bilet yarasız oldugu üçün təzdən mən necə edə bilərəm yararlı olsun

Roman Mahmudov 2025-12-01 06:11:33

İmkansız ailələr üçün Bakı şəhərinə getmək əlavə xərcdir, yaxşı olar ki həkimlər rayonlara gəlsinlər və uşaqlar yerlərdə yoxlanılsın.

Salam 2025-12-01 03:41:58

Basa dusmedim men 3metr qabagi gormurem gozum hedden artig zeifdi 3il mohlet veribler tekrar yoxlanisdan kecirdib aparacaglar?

İbrahim 2025-12-01 03:37:07

Valah şükür Allah sağ salamat gedim geldim 2 aydı gəlmişəm

Hərkimdi 2025-12-01 03:06:24

Kişiliyi əsgərliyə getməklə ölçən nə qədər adam var hamısının ....

Aybəniz xanım 2025-12-01 01:06:47

11 dərəcəli skalyoz aşkar olunubsa, ürək zəifliyi varsa, belə uşağı qətiyyən hərbi xidmətdə göndərmək olmaz

Ərəstun Baxisov..2025.-1-12. 2025-12-01 01:04:57

Defelerle şikayet edirem..iki şexsden..amma həc bir tedbir görülmür

İsrafil Məmmədov 2025-12-01 00:41:02

Boş şeydir guya deputat nazir balaları doğru yoxlanılıb xidmətə gedir? olan o kasıb və bu lazımsız ölkəyə heç bir 1 qəpik borcu olmayan insanlara oldu, əsgər getməyən kişi deyil deyənlərin çoxuda əsgərliyə gedib boyuna atan adamlardı fikirləşirlərki mən gedib orda boyuna atıb əziyyət görmüşəm xeyir ola başqaları getmir

Esger atasi 2025-11-30 23:20:32

Vallah menim uşagimin üreyindexe qüsu ayaginin alti düz ola ola kiminse yerine gönderdiler. Herbi kamissar uşagi 2 atprafka göndermek den imtina etdi amma nankor hekim heyyeti guya sözde yararlidi yazib gönderdiler.Xülase herbi hissede zabitlər uşaga göre meni çagirdilar niye göndermisiz deye mende dedim ki men herbi kamissar işlemirem. İnanin o herbi kamisarligida orda işleyen hekimleride söydüler. Herbi hissede gönderdiler qospitala qospitala deyinde uşagi geri gönderdiler. İnanmayan uşaglarinizi kamissar liqada işləyən hekimlere etibar etmeyin onlarin öz balalari deyil deye xəstəni gönderler

Əlif 2025-11-30 21:15:22

Azərbaycanda əsgərliyə getməyəni deportasiya edələr kimki qeyri qanuni əsgərlikdən qalıb şəhidlərin haqqı onların burnundan gəlsin

Rafiq 2025-11-30 14:12:05

Basa dusmedim 6 ay evvel yoxlanilan yene yoxlanir

Nazim 2025-11-30 10:07:20

Yaxşı fikirdir, amma xəstə uşaqları saglam yazıb əsgərliyə göndərən və ya əksinə, bu çürük səfərbərlik xidmətini ləgv edib, çagırışçılar üçün , ciddi hərbi tibbi komissiyası xidməti yaratmaq lazımdır!!!!!

nahid 2025-11-29 22:22:32

duzgun addimdir pul verb saxlayirlar vaynkomata 3 5mine elebil kisi deiller

Sahin 2025-11-29 20:33:59

Qsnuna esasen yoxlanalar 3ilden bir sparilir Beke cixir ki her ay yoxlanacaqlarBele qsnun olmaz

Rasim Quliyev 2025-11-29 18:25:01

Gomrukde işləyirəm baxarsan 1.95 boyu var amma əsgərliyə yararsızdır.Soruşanda deyir bu qədər pul vermişəm.Iqtisadiyyat Nazirliyində,Vergidə o qədər eləsi var ki.

Süsen 2025-11-29 18:11:30

Elə ailə varki, iki oğlunu ikisində hərbi xidmətdən pul verib xəstəlik adı ilə yayındırıb

Müəllim 2025-11-29 12:23:15

Gözəl təşəbbüsdür.Ancaq yoxlamanı son 30 ildə təyin olunan nazirlərdən.onların müavinlərindən..icra başçılarından.bankların yüksək vəzifəlilərindən.iri idarələrin müdirlərindən.biznes struktarlarının rəhbərlərindən başlamaq daha mənalı olardı.l.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol