"Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişiklik vətəndaşyönümlü olmaqla, güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaş rahatlığına və operativliyin artırılmasına xidmət edir".
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməl pensiyaları ilə bağlı yeni qərara şərhində qeyd olunub.
"Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.
Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.
Onun güzəştli sahədə iş stajının hesablanması isə “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.
Həmçinin yeni Qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq.
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişiklikər də edilib", - nazirlikdən bildirilib.
***
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçirilir.
Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən həyata keçirilir.

Şərhlər
Vallah hecne basa dusmedim
45 ilin müəllimiyəm 476 manat təqaüd alıram
Ürək xəstəsiyəm dərmanlara çox pul gedir.65 yaşım var
Yəni????? bir nümunə ilə izah edərdiz ki, yazıq pensioner də başa düşərdi. Yoxsa bu məqalə yalnız mühasiblərin oxuması üçündür?
Pensiyaların aşağı həddi, bu günkü reallığı nəzərə alaraq, 500-600 manat, yuxarı həddi isə 1000-1200 manat olmalıdır, yəni nisbət 2:1-dən artığ olmamalıdır...