Menu

Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var

08.12.2025, 00:19
Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var

Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Hhadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol