Bu gün yayılan məlumata görə, 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.
Onun bu iki əmlakının ümumi satış qiymətinin 1 milyon 376 min manat təşkil etdiyi bildirilir..
- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;
- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.
Məlumatda ötən ay da onun 490 min manata iki mənzilinin satışa çıxarıldığı qeyd olunur. Səlim Müslümov isə bu haqda hər hansı açıqlama verməyib. Yəqin ki, bundan sonra verməyıəcək.
Yada salaq ki, Səlim Müslümov 2024-cü ildə 11 il şərti cəza verilərək azadlığa buraxılanda, bunu özü üçün humanist hökm kimi qəbul etmiş, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etməmişdi.
Həmin vaxt Müslümovdan dövlət nəfinə alınacaq əmlakların siyahısı belə idi:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
Müslümov o vaxt hökmdən apellyasiya şikayəti də verməmişdi. Görəsən, niyə?...
Məsələ ondadır ki, 11 il DSMF rəhbəri, 5 il Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutmuş bu şəxs cəmi 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinmişdi. Yəni, 16 il(!) ölkənin sosial müdafiə və pensiya sisteminin başında duran, bu qurumlara rəhbərlik etdiyi dövrdə əlinin altından üst-üstə 10 milyardlarla dövlət vəsaiti gəlib keçən klassik korrupsioner nazirin 16 ildə cəmi 27 milyon mənimsədiyi iddia olundu. Bu, ilə təxminən 1.5 milyon manat demək idi.

Bilənlər bilir ki, həmin illərdə bu məbləği, hətta ondan da artığını 1 ilə yox, 1 aya mənimsəmək Müslümov kimilər üçün “su içmək” qədər asan olub. Deməli, real talançılığın miqyası da 27 milyondan 10 dəfələrlə, bəlkə də daha artıq çox olub!
Əlbəttə, o cür iri miqyaslı mənimsəmənin cəmi 27 milyonla(onun da 20 milyonu əmlakla əvəzlənir) “başının bağlanması” çox sərfəlidir və heç bir appelyasiya şikayəti verməyən, əvəzində 3-5 əmlakının siyahısını təqdim etməklə yaxasını kənara çəkən Müslümovu başa düşmək asandır. Doğrudur, onun yalnız əmlaklarla “canını qurtarmadığına” dair də söhbətlər gəzirdi. Ancaq istənilən halda, adam etdiyini edib, mənimsənilənlə əvəzində ödənilən məbləğlərin bir-birini tam bağlaması və bu məbləğlərin tam olaraq büdcəyə qaytarılması qətiyyən inandırıcı deyil…
Lakin Müslümovun büdcəyə, dövlət vəsaitlərinə vurduğu ziyan onun “banisi olduğu” və əhalinin kasıb, imkansız təbəqəsi üçün əsl cəhənnəm kabusuna çevrilən “pensiya sistemilə” müqayisədə heç nədir! Zatən büdcənin pullarını Müslümov olmasa, başqa birisi talayacaqdı, necə ki, ondan əvvəl də, sonra da talanıb. Camaat artıq buna “adətkərdədir”.

Ancaq onun təməlini qoyduğu pensiya hesablanması sistemi bu əhalinin başına elə bir oyun açıb, cəmiyyətdə elə bir əcaib pensiya bölgüsü, nəticədə də ədalətsizlik, təbəqələşmə yaradıb ki, buna görə nəinki şərti cəza, əmlak müsadirəsi və s. az qala ömürlük həbs cəzası da yüngül cəza sayılmalıdır.
Ömrünün böyük hissəsini ağır işlərdə keçirən fəhlə-kəndli təbəqəsi, eləcə də müəllim, alim, həkim və s. ziyalı təbəqəsinə aid insanlar ahıl yaşlarında lənətə gəlmiş “pensiya kapitalı”nı doldurmadıqları bəhanəsilə 320 manata möhtac qoyulublar. Ya da “bəxti gətirənlər” bundan bir az çox – 350-450 manat pensiya ala bilirlər. Əvəzində, bütün ömrünü yüksək və yağlı vəzifələrdə keçirən məhkəmə hakimləri, prokurorlar, polis rəisləri, deputatlar və digər bu qəbildən olanlar 10-20 qat daha çox pensiya alırlar. Üstəlik, hələ bundan da narazılıq edərək, müvafiq nazirliyi məhkəməyə verib, dövlətdən daha artığını tələb edir və təbii ki, məhkəmələri də udurlar. Yəni, zatən pularını “balta kəsməyən”, saysız-hesabsız mülkləri, biznesləri, bank hesabları olan adamlar pensiyaya çıxandan sonra da nə dövlətin, nə də millətin yaxasından düşmürlər.
Bunun üçün qanuni əsas yaradanlar isə Müslümov kimilər və onların hazırladıqları mürtəce qanunları parlamentdə təsdiqləyən deputatlardır. Acınacaqlı həm də odur ki, Müslümovdan sonra gələnlər başda olmaqla, heç kim bu haqsızlığı aradan qaldırmaq istəmir…

Müslümovla bağlı məhkəmə qərarında deyilir ki, o, şərti cəza müddətində ölkədən çıxa bilməz. Buna nə dərəcədə əməl edildiyini deyə bilmərik, çünki Azərbaycanın hüquq-mühafizə, məhkəmə, məhkəmə qərarlarının icrası sistemində hər şey mümkündür. Amma əslində əhalinin ahıl, imkansız kəsimini qəpik-quruşa məhkum edən, möhtac qoyan bunun kimilər nəinki ölkədən çıxmağa, heç ümumiyyətlə, insan arasına çıxmağa layiq deyillər…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Saytlarda xalqı maralandıran yaşamına mənfi təsir göstırən faktlar niyə hökumət tərəindən diqqətə alınmır və bu sahədə heş bir irəliləyişə rast gəlinmir ?....
Həmin dövrdə sahibkar olaraq kvartalda 3700 m.işçilərimə və özümə sosial fonda pul köçürmüşəm.Sonradan yoxlatdırdıqda işçilər bir yana qalsın hətta müdir olaraq öz adıma bir m.belə hesablamamışlar.Günah deyilmi?
Azər adı ilə yazana: Sizinlə tamamilə razıyam, yəni pensiyalar arasında fərq minimal məbləğlə, maksimal məbləğ arasında əsasən 2, çox az sayda isə uzağı 3 dəfədən artıq olmamalıdır. Çox doğru qeyd etmisiniz ki, Ölkənin resursları üç-beş talançıya sərf olunmamalıdır. İnsanlar bundan çox narazıdır ...
Səlim kimilər ciddi cəzaya layiqdirlər. Onlar həm işlədikləri dövrdə talanla məşğul olublar, həmdə inidi təqaüdə çıxıb 10-15 min manat pensiya alıb kef çəkirlər. Bütün işlər cəmiyyət üçün eyni dərəcədə əhəmiyyətlidi, fəhlə, xadimə, həkim ya müəllim olsun. Xadimələrin işini cılızlaşdırıb digərini yüksəltmək olmaz. Səlim kimi talançılar kabinetlərdə çay, kofe, ləbləbi gəlsin deyib talanla məşğul olublar. Xadimələr səhər saat 5-dən başlayıb təmizlik işinə can qoyublar hər gün. Pensiyalar üçün minimal və maksimal hədd təyin olunmalıdı. Minimal həddlə maksimal hədd arasında 2-3 dəfədən çox fərq olmamalıdır. Kimliyindən asılı olmayaraq hamıya bu şərtlər daxilində təyin olunmalıdır pensiyalar. İndiyə qədər kimə o şişirtmə pensiyalar verilibsə bundan sonra onlar da minimuma keçirilməlidir. Ölkənin resursları üç-beş talançıya sərf olunmamalıdır. İnsanlar bundan çox narazıdır və bu da sonda ölkə rəhbərliyinə yönəlir.
Selim Muslumov getdi veziyyet duzeldimi?
Mən fəxr edirəm ki, Azərbaycanlıyam.
<Dəyirman öz işində çax-çax baş ağrıdır>
Bununla dövlət nə demək istəyir???. yerinə gələn nə edir??
Boş şeydir.
Bu nazirliyin adı sosial fəlakət nazirliyidir.
Bu nazirliyin adı sosial bərabərsizlik nazirliyi olmalidır.
Ne parlament, nede deputatlar bu ölkeye lazım deyil.
Ölkeni yoxsulluğa sürükleyen ele onlardır.Lenet olsun bele nazirlere ve deputatlara
Səlim Müslümov pis adam olmayıb. O gedəndən sonra o ...gəldi nə qədər adamın pensiyasını kəsdi
Müslümovun vəzifədən getməsi neçə ildir? Nəsə yaxşılığa doğru dəyişdi, düzəldi? ... təqaüdçüləri vəmüavinət alanları daha ağır vəziyyətə saldı.indidomu qydulat ki.ölkənin maliyyə sistemini dağıtsın.Yerine bir şizik qoydu.İnsanlar əziyyət çəkir.Reallıqdan yazmağa niyə ehtiyat edilir?müslümov pis idi.bacarmırdı.Bəs hakimiyyətin onun yerinə təyin etdiyi adam nə işə yaradı?..
Mən elə bilirdim ki, Azərbaycan yer üzünə yansıdılmış bir işgəncə məkanı, bir cəhənnəm timsalıdır. Heç demə cəhənnəmin özü imiş.
Müstəqillik dövründə Azərbaycan xalqına qarşı haqsızlıqların ən çox baş verdiyi yeni pensiya islahatlarına görə Səlim Müslümov və Hadı Rəcəbli həmişə lənətlənəcəklər.......
Orda oturanlara dəyişiklik etmək sərf etmir
Haramzadalər
Deyəsən S.Müslümov bəlkə də heç dövlət əmlakını mənimsəməyib!
C.Məmmədlinin məqaləsi o qədər də yetərli deyil?
Çünki, Müslümovun 1 il ərzindəki eləənimdədiyi 27 milyondur.
Azərbaycanın bütün regionlarından elə fərz edək il ərzində həmin məbləğ əmələ gələr.
Yəni bu nazir olduğu illər ərzində vurduğu ziyan, zərər onu ola bilər?
Əsla bu rəqəm ən "ölü" bir rəqəm kimi götürulub.
Amma onun vurduğu ziyan isə 1×10 hesabı ilə götürülməli idi.
Azərbaycanın elə bir yeri, məkanı tapa bilməzdim ki, onun həmin ərazidə obyekti olmasın.
Göstəricidə Səbail, Yasamal və sayı 2-3 olan məkanlar göstərilir. Amma bu Səlimçikin əlində 3-4 ayın "oyuncaq"ı desək yerinə düşər.
Amma o bunlardan hansı gəliri əldə edə bilərdi ki?
Yox! Məbləğ həddindən artıq kiçildilib, və işinin yüngülləşməsi üçün nəzərdə tutulub.
Harda olursa olsun, bunun işinə yenidən baxılsa daha yerinə düşər! Əgər ədalət qaydaları pozulmazsa, elə pozulub ki, 270-300.000.000 əvəzi gözümüzə soxulan o 27.000.000-dur.
Xeyir! Belələrin işinə nə qədər dərindən baxilmazsa, bu gün onun davamçıları ondan da betər talayacaqlar və talayırlar da hal hazırda!!!!
Bu fırıldaqçı Səlimin pensiya islahatı, əsil SOSİAL BƏRABƏRSİZLİKDİR, ƏDALƏTSİZLİKDİR... Müslümovun əmlakları əlindən alınmalı, ən azından 10-15 il həbs olunmalıdır...
Təklif edirəm ki, MM yeni bir analoqsuz Qanun qəbul etməlidir. Bu qanuna əsasən məsələn Nəqliyyat nazir nə qədər, ƏƏSM naziri nə həcmdə, baş prokuror nə qədər dövlət vəsaitini oğurlasa onlar həbs edilə bilməz. Belə olsa niyə Ziya Məmmədovu tutmur Səlimi tuturlar kimi axmaq söhbətlər də aradan götürürlər, korrupsiya və rüşvətlər legitimləşər
DSMF-nin iri sığorta edənlərlə iş üzrə departamenti bir ildə qapazladığı pulun həcmi bu məbləğin yanında xeyli azdır... Bunlar Səlimin korrupsiyadan əldə edə biləcəyi pulun heç 10 faizini aşkar edə bilərdilər. Korrupsiyanı aşkar etmək rüşvətə nisbətən asandır. Rüşvəti isə yalnız verəndə tutub bəzən sübut etmək olur. DSMF-də və sonra da ƏƏSMN- də bunlar astronomik idi...
Təkcə DSMF-nun rayon şöbələrində aparılan dövrü yoxlamalardan alınan rüşvətlərin həcmi ildə 3--5 milyon manat olduğu barədə ciddi söhbətlər var idi. Özü də bu 2004-2005-ci illərdə belə idi.. Sonrakı illər birə on qat artmışdı. Yəni 27 milyon fondun ən kiçik şöbə müdiri də belə olardı...
Pensiyadaki.144 əmsalı 120 ye endirilməsi 40 ildən çox iş stajı olanlar və 3 uşağı olan qadınlar 3 il təqaüdə tez cixmalidirlar
Bu məqaləni yazan ya heç bir şeydən xəbəri yoxdur, ya qərəzli yazıb, ya da sifarişlə yazıb. Məqalə reallıqları əks etdirmir.
Müslümovun oğurluq əmlaklarının əlindən alınması yaxşı.Bəs Ziya Məmmədovun.Zakir Qaralovun. Abutalıbovun. Mahmudovun, İsmətin,Qarayevin və digəərlərinin oğurluq əmlakları niyə undulur?
Yaxsi muslumov sehv eliyib indi duzeltsinlerde
Teklif olunur max.pensiya 2000$ (3400Azn) olsun,kurs qalxanda($),pensiya da artsin
Mustəqil olandan sonra günumüzədək hakimiyyət strukturkarıni qamarlayran (buna sübut xeyli sayda məmurun həbs olunmasıdır) fursətbaz məmurların əksəriyyəti haqqı tapdanan xalq tərəfindən nifrətlə yad edilir. Ancaq iki məmur;
1.Səlim Muslümov
2.Hadı Rəcəbli
daha kəskin qinaq və nifrətlə xatırlanacaq.