Avro-Asiya İnşaat Kooperasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vergi borcu daha da artıb.
“AzPolitika” “Qaynarinfo”-ya istinadən xəbər verir ki, şirkətin vergi borcu hazırda 6 718 407,21 manat təşkil edir.
Təxminən 1 ay əvvəl borcun məbləği 3 646 883,55 manat idi.
"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC 15 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Şirkətin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Lakin o, ASC-nin sahibi deyil.
"Evrascon" ASC-nin sahibi kimi daha çox baş nazirin keçmiş müavini Abid Şərifov tanınır. Bu barədə mediada kifayət qədər məlumat yer alıb. Abid Şərifov isə özü mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib. Lakin onun bu açıqlaması səmimi qəbul olunmayıb. Çünki "Evrascon" ASC "Azərkörpü" ASC-nin bazasında yaradılıb. Bu ASC-nin isə Abid Şərifova bağlı olduğu sirr deyil.
"Evrascon" ASC-nin səhmlərinin 22 920 ədədi Abid Şərifovun xanımına məxsusdur. Bu barədə mediada gedən araşdırma materiallarında qeyd edilib.
Başqa bir fakt isə "Evrascon" ASC-nin əvvəllər yerləşdiyi hüquqi ünvanla bağlıdır. Məlumatlara görə, şirkət əvvəllər Şərifovlarla eyni ünvanda - Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73-də qeydiyyatda olub.

Şərhlər
Verginin bunların borclarına görə dözümlülüyünün bir səbəbi var.o da bunların bir-birləri iləmilli qarışıqlıq və yaxnlıq əlaqələridir.bunarın keçmişini araşsıran olsa hətta onların ailələrinin ( 1əxminən 70-80 il əvvəl ) Azərbaycana köçmələri,ad-soyad dəyişmələri , kimlikləri ortaya çıxmış olar.bu prosses150 ildir davam edir.
Borcun milyonlara yükslməsinə niyə imkan verilib ? Bir kiçik müəssisənin 20 manat vergi borcu qalanda vergi nazrliyinn əməkdaşları müəssisəni az qalır daş qalaq etsinlər.Bə bunlara qarşı niyə susqunluq baş verib? səbəb nədir ? Rüşvət.məsuliyytsizlik.yoxsa yuxarıdan göstəriş?
Bundan əvvəl Füzuli Ələkbərovovun inprotekx şirkətinin 8 milyon vergi borcu olduğunu yazmısınız. İndi də Abid Şərəfsizovun 7 milyona qədər borcu olduğunu ortaya çıxır. Bu ....lar bu şirkətləri dövlətdən oğurladığı pullarla qurublar. Haramları olsun. Heç olmasa vergi borclarını da ödəmirlər və Vergilər idarəsi də çox səbrlə buna dözür.