Ötən gün Rusiyanın İl-76 nəqliyyat təyyarəsi Havana yaxınlığındakı San Antonio de los Banos hərbi aerodromuna eniş edib.
“AzPolitika” xəbər verir ki, “Fox News”-un məlumatına görə, bu təyyarə ABŞ, Kanada və Ukrayna tərəfindən Rusiya hərbi sektoruna logistika dəstəyi göstərdiyi üçün sanksiya tətbiq edilmiş Aviacon Zitotrans aviaşirkətinə məxsusdur.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, təyyarənin marşrutu Sankt-Peterburq və Soçidən keçib. Daha sonra Atlantik okeanını keçən təyyarə Mavritaniya və Dominikanda eniş edib. Hər dayanacaq üçün yerli hakimiyyət orqanlarının rəsmi icazəsi tələb olunurdu. Bu fakt da beynəlxalq sanksiyalara baxmayaraq Rusiya hərbi təyyarələrini qəbul etməyə davam edən ölkələrin müəyyənləşdirilməsinə imkan verir.
Bu təyyarə 2025-ci ilin oktyabr ayında, Karakasda hakimiyyət dəyişikliyi ilə nəticələnən hərbi əməliyyatdan az əvvəl Venesuelaya uçubmuş. ABŞ Maliyyə Nazirliyi əvvəllər Aviacon Zitotrans-ın raketlərin, döyüş başlıqlarının və hərbi texnika komponentlərinin daşınması üçün istifadə edildiyini bildirmişdi.
Venesuela münaqişəsi zamanı Rusiya dövlət mediası bu İl-76-nın Krakasa Pantsir-S1 və Buk-M2E zenit-raket sistemləri çatdırdığını yazmışdı. Qeyd olunur ki, ABŞ bu təyyarənin Kubaya son səfərinin də bu ölkəyə məhz silah-sursat daşınması ilə əlaqələndirir.
“AzPolitika.info”

Şərhlər