Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.
Bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
O qeyd edib ki, F. Abbasquliyev daha əvvəl bir neçə dəfə hərbi komissiyadan keçsə də, yararsız kimi xidmətə göndərilməyib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsindən sonra onun yararlı olduğu müəyyənləşib:“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi vətəndaşı yoxlanış üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərib. Orada vətəndaşın hərbi xidmətə yararsız olması barədə rəy verilib. Xidmət bu rəyə əsasən onu yararsız kimi orduya göndərməyib. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən vətəndaşı müayinə edib və bu müayinədən sonra onun 3 barmağı olub 5 barmaq. Həmin rəyə əsasən, onu avtobusa əyləşdirib hərbi xidmətə yola salıblar”.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov "Qafqazinfo"-ya açıqlam verib: “Sosial şəbəkələrdə 2001-ci il təvəllüdlü Füzuli rayon sakini Fəzail Amil oğlu Abbasquliyevin guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Belə ki, adıçəkilən vətəndaş 1 dekabr 2025-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib. Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir”.
"AzPolitika.info"

Şərhlər
ölkəni talayan məmur uşaqları da getməli idilər müharibəyə....
Təəccübləndim,xeyr.bura Azərbaycandır
Yəqin elə həmin qurum əvvəllər oglanın pulun alıb bu (qondarma)diaqnozu qoyaraq onun xidmətdən yayinmasını təşkil ediblər..25 yaşına qədər hər il bu üsulla saxlayıblar..İndi ya bu pul vermir yada o sənədi verən qurumda nəsə kadr dəyişikliyi olub.Təzə gələn təzə-təzə biraz ustav gedir axı..İndidə yəqin özlərinin əvvəl verdiyi rəyi inkar etmək məcburiyyətində qalıblar.
Allah seni də 3 barmaqlı eləsin Tural Qurbanov hansı qanunda var
3 barmaq olub 5 barmaq sən canı bu nə çumlədir yazıblar,savadsızsızlıq baş alıb
Cöngə kimi məmur ogulları bahalı maşınlarda orda burda kef edir yazıq kasıbın bir qarnı ac bir qarnı tox balaların göndərirlər əsgərliyə
Heiqietende ağını çıxarıblar
Üç barmağı varsa guya barmağı çıxacaq möhlət verilib qanunu bir başa ola.gormezden gelir
Yəqin bu "tibbi ekspertiza" hesab edir ki, bu çağırışçının digər iki barmaqları yenidən əmələ gələcək. Bizim ölkəmizdə ola bilər. Çünki bar-bar bağırırlar ki, bizdəki inkişafın analoqu yoxdur. Əslində düz deyirlər - analoqu olmayan bir ölkəyik.
Deputatların, məmurların və s. kateqoriyadan olanların övladlarının yerinə, 3 barmağı olan yarım əlilini, lap elə tam barmağı olmayanları da apararlar, deputat-məmur balaları da maşının yaxşısını, işin pullusunu və s.. necə deyərlər "xan kefində" ömür sürəcəklər.
Nıyi qoyun nəyi axtarırsız?
Bir çox insan var ki ürəyi qüsurlu ola ola hırbi xidmıtə gedir və onların bəziləri orda buna görə dünyasını dəyişir. Bu hadisə bu yaxınlarda olmuşdu
Real halda çağırışçının hərbi xidmətə yararlı və ya yararsız olması rəyini verən iki Tibbi-Ekspertiza təşkilatından hansısa biri düzgün qərar verməyib. Belə halların gələcəkdə baş verməməsi üçün qeyri obyektiv qərar verən təşkilat və məsul şəxs müəyyənləşdirilib, cəzalandırılmalıdır. Yoxsa belə hadisələrin qarşısı kəsilməyəcək.
Axir bu kishinin barmagi 5-dir ya 3?
Qurum açıqlama vermədi, qurum başından elədi...
Öd kisəsi çıxarılan şəxs hərbi xidmətə çağrılır bilən varsa dəqiq yazsın zəhmət olmasa
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hərbi xidmətə yararlılıqlaƏ xəstəliyə görə əlilliyin təyin olunmasını qarışdırır.
Hərbi xidmət könüllülük əsasında və ödənişli əsaslarla olsa daha effektli olar, kəmiyyət hesabına nəticə almaq çətindir, keyfiyyətə diqqət etməliyik. Baxın, tələbə universiteti qurtaran kimi çağırış vərəqəsini göndərib aparırıq həqiqi hərbi xidmətə. Nəticədə 6-7 il ərzində çətinliklə qazandığı bilikləri xidmət dövründə unudur. Nəzərə alsaq ki, o 1 il ərzində texnologiya eksponensial şəkildə inkişaf edir və onları da mənimsəmək lazım olacaq, onda gəl otur ağla bu yazıq tələbələrin halına (ən azından bu texnoloji istiqamətlər üzrə təhsil alan tələbələrin). Yəni bunu anlamırmı bu Milli Məclisdə oturub qanun yazan millət vəkilləri, Elm və Təhsil Nazirliyində sahə üzrə siyasəti dizayn edən yoldaşlar? Siz heçmi düşünmürsünüz ki, nəticədə cəmiyyətimiz nə qazanır və nəyi itirir?