Məlum olduğu kimi, Azərbaycanda iyulun 1-dən qadınların pensiyaya çıxma yaşı daha 6 ay artırılaraq 65 yaş olacaq. Bununla da qadınlar üçün pensiya yaşı kişilərlə eyniləşdiriləcək.
“AzPolitika” xəbər verir ki, Azərbaycan beynəlxalq statistikalarda pensiyaya çıxma yaşının ən gec olduğu ölkələr sırasındadır.
“Trading Economics” portalının məlumatına görə, dünyada ən yüksək pensiya yaşı 67-dir. ABŞ, Niderland, İtaliya, İslandiya, Yunanıstan, Danimarka və Avstraliyada qadınlar 67 yaşında pensiyaya çıxırlar. İspaniyada bu göstərici 66,83, Portuqaliyada 66,75, Almaniyada isə 66,33 yaşdır.
Azərbaycanda tətbiq olunacaq 65 yaş həddi isə Belçika, Kanada, Finlandiya, Yaponiya, Macarıstan, Latviya, Lüksemburq, Yeni Zelandiya və Səudiyyə Ərəbistanı kimi ölkələrlə eyni səviyyədədir.
MDB və keçmiş SSRİ məkanına gəldikdə isə Ermənistanda qadınlar 63 yaşında, Moldovada 61,5 yaşında, Qazaxıstanda 61 yaşında pensiyaya çıxırlarsa, Rusiya, Ukrayna və Gürcüstanda bu hədd 60 yaşdır. Belarus və Tacikistanda qadınlar 58 yaşında, Türkmənistanda 57 yaşında, Özbəkistanda isə 55 yaşında pensiyaya çıxırlar.
Dünyada qadınların ən erkən pensiyaya çıxdığı ölkələr sırasında isə Çin və İran yer alır. Çində qadınların pensiya yaşı 50,5, İranda isə 55-dir. Özbəkistan və Monqolustanda da qadınlar 55 yaşında pensiyaya çıxırlar. Türkmənistanda bu göstərici 57, Türkiyə, Belarus və Tacikistanda isə 58 yaşdır.
Qadınların digər ölkələrdə pensiyaya çıxma yaşı orta hesabla belədir:
67 yaş – ABŞ, Niderland, İtaliya, İslandiya, Yunanıstan, Danimarka, Avstraliya;
66,83 yaş – İspaniya;
66,75 yaş – Portuqaliya;
66,5 yaş – Kipr;
66,33 yaş – Almaniya;
66 yaş – Böyük Britaniya, İsveç, İrlandiya;
65 yaş – Azərbaycan, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya, Meksika, Malta, Lüksemburq, Lixtenşteyn, Latviya, Yaponiya, Macarıstan, Honq-Konq, Finlandiya, Kanada, Belçika;
64,75 yaş – Estoniya;
64,67 yaş – Litva, Çexiya;
64 yaş – İsveçrə, Sinqapur;
63,75 yaş – Xorvatiya;
63,5 yaş – İsrail;
63 yaş – Fransa, Ermənistan;
62,5 yaş – Bolqarıstan;
62 yaş – Rumıniya, Norveç, Braziliya, Albaniya;
61,5 yaş – Moldova;
61 yaş – Qazaxıstan;
60,5 yaş – Avstriya;
60 yaş – Ukrayna, Cənubi Koreya, Cənubi Afrika, Sloveniya, Polşa, Mikroneziya, Malayziya, Hindistan, Gürcüstan, Çili, Əlcəzair, Rusiya;
59 yaş – İndoneziya, Banqladeş;
58 yaş – Türkiyə, Tacikistan, Belarus;
57 yaş – Vyetnam, Türkmənistan;
55 yaş – Özbəkistan, Monqolustan, İran;
50,5 yaş – Çin.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
yəqin millətin yarıdan çoxu torpağın altında alacaq bu pensiyanı. İndiki ölkədə qəsdən yaradılmış vəziyyətdə cavan uşaq institutda ürəyini tututub yıxılıb ölür. Belə vəziyyətdə yaşlı 65 yaş ne yaşasın
Özlərinə nə sərf edirsə onu digər ölkələr arasında müqaisə edirlər . Bəs uşaq pulu hansı ölkədə nə qədər verilir Azərbaycanda nə qədər verilir onuda müqaisə edin. Ota əmək haqqı nə qədərdir iş saatları nə qədərdir və bizim ölkədə nə qədərdir onuda müqaisə edin zəhmət olmazsa
Pensiyaya çıxma yaş həddi dövlətin öz vətəndaşına münasibətinin təzahürüdür. Biz heç bir halda ABŞ, Kanada kimi xoşbəxt ölkələrlə müqayisə edilə bilmərik. Azərbaycanda 65 yaş həddinin götürülməsi rəzalətdir. ... Həm Qafqazda, həm MDB-də ən sonuncu yerdə dayanmaq hökumət yetkililəri üçün əhəmiyyət kəsb etməsə də bu hal millətin qüruruna toxunur. Mənə elə gəlir ki, qeyri-hökumət təşkilatları xüsusi fəallıq gstərməli, məsələ Türk Dövlətləri Təşkilatının müstəvisinə çıxarılaraq Azərbaycana təzyiq edilməlidir. Biz parlamentdən heç nə gözləmirik, dost qapısı döyməkdən savayı çarəmizin olmadığını düşünürük.
Vətəndaş yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa hissə hissə verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait də batır.. ad da olur social nazirlik pensiya verir. Yəni Vətəndaş öz vəsaitini yığır, sonra bu vəsiti aylara bölməklə özü özünə qaytarır, ümumi pulun 10 %-ni isə pensiya idarəsi özünə götürür.. Öz zəhmətilə qazandığı və sosial sığortaya ödənən şəxsi pul Banka qoyulsaydı nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.