Ukraynanın ötən gecə baş tutan hücumlarının hədəfində Xəzər dənizindəki obyektlər də olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Rusiyanın Xəzərdəki "Molniya" raket gəmisi, eləcə də İran və Rusiya arasında hərbi yük daşıyan və sanksiya altında olan iki yük gəmisi ("Port Olya 2" və "Begey") vurulub. Həmçinin, Rusiyaya aid Filanovski yatağındakı neft platforması hədəfə alınıb.

Bundan əlavə, Rostovda “S-400” radarı, "Tor-M2" hava hücumundan müdafiə sistemi, "Pole-21" elektron müharibə sistemi və FPV dronları anbarlarının vurulduğu bildirilir.

“AzPolitika.info”