“MONETAR KORLUQ” - Rüstəmov manatı “qətlə yetirmək” üçün daha hansı sürprizlər hazırlayır?
BANK SEKTORUNU “YAĞIŞDAN ÇIXARIB YAĞMURA SALMAQ”...
Tarix bizə gözəl məmləkət, müstəqil dövlət, unikal mədəniyyət, mənəvi və əxlaqi dəyərlərlə zəngin mentalitet bəxş edib. Lakin təəssüf ki, eyni zamanda fürsətcillik, aşırı dərəcədə tamahkarlıq, səhlənkarlıq, mütilik və digər bu tipli neqativ xüsusiyyətlərdən də məhrum etməyib. Elə bilməyin ki, bu xüsusiyyətlər təkcə bugünkü və gələcək mənəvi mühitimizi, dəyərlərimizi təhlükə altına salır, bu eybəcərliklər həm də bir toplum olaraq iqtisadiyyatımızı, loru dildə desək, adi dolanışığımızı da sual altında qoyur. Bugün zəngin təbii sərvətlərə və hər bir zəhmətə qatlaşan insanlara malik, lakin eyni zamanda qeyri-müəyyənlik və az qala maliyyə-iqtisadi xaos yaşamaq üzrə olan Azərbaycan, sizcə kimin, yaxud kimlərin əsəridir? Onların sırası kifayət qədər genişdir...
Sözsüz ki, ölkəmizdə yaranmış mürəkkəb iqtisadi durumun dünya iqtisadiyyatında, neft və maliyyə bazarında baş verənlərə söykənən obyektiv səbəbləri az deyil. Ancaq bununla yanaşı, ağır nəticələrə gətirib çıxaran subyektiv səbəbləri də yetərincədir. Bu subyektiv səbəblərin ən başında isə öz qərarları ilə ölkə iqtisadiyyatına çox güclü təsir imkanına malik bir sıra iri məmurların yanlışları və səhlənkarlıqları durur. Bu kontekstdə qeyd edə bilərik ki, Yeltsin Rusiyasının 90-cı illərini xatırladan şok effektli ardıcıl devalvasiyalar, yaxud Beynəlxalq Bank ətrafında baş verən proseslər nəticəsində 6 milyard dollardan artıq vəsaitin taleyinin “qaranlıq qalması” ölkənin maliyyə-bank sektorunun başında duranlara heç də başucalığı gətirmir. Yeri gəlmişkən, bu məbləğ həmişə müqayisə etməyi xoşladığımız Ermənistanın dövlət büdcəsindən iki dəfə (!) çoxdur. Və bu, Azərbaycanın bir bankında ”yoxa çıxan” məbləğdir. Bəli, məhz bankında! Hansı ki, həmin bank da daxil olmaqla, bütün bank sektorunun həm qanunlarla, həm də reallıqda tabe olaraq hesablaşdığı ən əsas qurum Mərkəzi Bankdır - onun adını “milli”dən dəyişib “mərkəzi” qoydular - amma onda nə millilik gördük, nə mərkəzlik...
Nədənsə, istər sözügedən 6 milyardın “yoxa çıxması”, istərsə də ardıcıl 2 devalvasiyanın yaratdığı fəsadlara görə cavabdehlik hansısa sehrli əl tərəfindən başqa istiqamətlərə - hökumətə, Maliyyə Nazirliyinə və s. yönəldilir (onların “xidmətləri” öz yerində...). Sanki Mərkəzi Bank ölkədə aparılan monetar siyasətə, sağlam bank sektorunun yaradılması və fəaliyyətinə yox, məsələn, hardasa arıçılığın, yaxud alpinizmin inkişafına görə cavabdehdir.
Qeyd edək ki, 1995-ci ildən (!) bu quruma rəhbərlik edən Elman Rüstəmov cənabları çoxlu sayda bankın açılmasında və bağlanmasında şahidlik və iştirak edib. Və bu proses son olaraq, ölkənin 5-ci iri bankı sayılan “Bank Standard”la hələ də davam edir. Ancaq görəsən, bugün həmin dövlət əhəmiyyətli persona bircə dənə nümunəvi, ciddi problemləri olmayan, sağlam bank göstərə bilərmi? Çətin. Çünki məhz onun rəhbərliyi və iştirakı ilə yaradılan maliyyə-bank mühiti, yürüdülən monetar siyasət elə bir situasiya yaradıb ki, heç bir bank bu “bataqlıqda” “çiçək olmaq” imkanına malik deyil. Əvvəlcə Nizamnamə Kapitalı şişirdilərək, yağışdan sonra çıxan göbələklər kimi bankların peyda olması, sonradan isə bir-bir sıradan çıxarılması görəsən kimin ağlının məhsulu idi və nəyə xidmət edirdi...?
BAŞ BANKİR – “ETİBARLILIQ SİMVOLU”
Görün vəziyyət nə yerə çatdı ki, hətta Siyavuş Novruzov da Milli Məclisdəki çıxışlarının birində Azərbaycanda kredit götürüb, iş qurub, qazanc əldə etməyin yalnız narkotik ticarətilə mümkün ola biləcəyini dedi. Uzun illərdir bankların əksəriyyəti ya birbaşa, ya da biznes kreditləri adı altında yalnız və yalnız istehlak kreditləri verdi. Banklar xaricdən 5 faizlə aldıqları krediti vətəndaşlara az qala 35 faizlə verirdi. İnsanlar biznes krediti adı altında götürdükləri pulları ən yaxşı halda ev, maşın almağa, övladlarına toy etməyə, bir çox hallarda isə xəstəsini ölkədə, ya da ala bildiyi məbləğdən asılı olaraq xaricdə əməliyyat etdirməyə, o da mümkün olmayanda dəfn etməyə xərclədi. Yəni bu kreditlər iqtisadi dildə desək, yeni dəyər yaratmadı. Ona görə də həmin kreditləri xüsusilə də devalvasiyalardan sonra qaytarmaq qeyri-mümkün oldu. Banklar isə 2 devalvasiyadan sonra vətəndaşdan da ağır duruma düşdü. Bugün problemli kreditlərin həcmi 1 ildə 2 dəfəyədək artaraq, 2 milyard manata (!) yaxınlaşır. Bu isə bank sektorunun uçurumun kənarında olduğuna işarədir. Yəni, yararsız, məsuliyyətsiz və fərasətsiz monetar siyasət həm bankları, həm də vətəndaşı çıxılmaz vəziyyətə saldı.
BANK SEKTORUNU “YAĞIŞDAN ÇIXARIB YAĞMURA SALMAQ”...
İndi də yeni qərarla Mərkəzi Bank uçot dərəcəsini 15 faizə qaldırdı. Çoxları bunu kredit tələbinin aşağı salınması, banklara əmanətlə yığımların artırılması və manatın öz dəyərini itirməməsi üçün atılan addım hesab edir. Ancaq “qara camaat”ın başa düşdüyü dildə desək, bu o deməkdir ki, kredit faizlərinin daha da artırılması üçün zəmin yaradıldı. Belə olan təqdirdə real sektor üçün onsuz da bahalı olan kreditlər daha da əlçatmaz oldu. Bu isə işguzar mühitə vurulan ağır zərbədir. Elman Rüstəmov cənabları nəticə etibarı ilə öz qərarları sayəsində nə manatın dəyərini saxlaya bilir, nə də biznesin normal kreditlə təminatına şərait yaradır. Təəssüflə proqnozlaşdıra bilərik ki, yalançı müvəqqəti stabilləşməyə rəğmən (əgər buna stabilləşmə demək olarsa), Neft Fondunun, Mərkəzi Bankın durumu və ABŞ FES-in dekabrda gözlənilən qərarından sonra manatın daha da dəyərsizləşəcəyi qaçılmaz olacaq. Nəticədə nə biznes mühiti iş görmək üçün pul görəcək, nə də manatın məzənnəsini saxlamaq mümkün olacaq. Əmanətlərə gəlincə isə, onların manat şəklində banklarda artacağını gözləmək sadəlövhlükdür. Elman müəllim elə bir etibar və etimad mühiti yaratmayıbmı ki, camaat da onun rəhbərlik etdiyi qurumun qərarlarına inanaraq, qaçıb pulunu manata çevirib, banka əmanət qoysun...
Manatı acı aqibətin gözlədiyini qonşularımız da görürdü...
Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bugün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir, gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı. Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq. Azərbaycan manatı artıq narkotikə oturan gənci xatırladır – narkotik isə dollardır! Nəhayət, bir şeyi anlamaq lazımdır ki, neft dollarları hesabına manatın məzənnəsinin saxlanmasının “bazar iqtisadiyyatı” anlayışına heç bir aidiyyatı yoxdur! Bu, “azar iqtisadiyyatıdır”, bu azarın gətirdiyi qızdırmadan yanan isə qara camaatdır! Həmişə müqayisə etdiyimiz Rusiya və Qazaxıstanın milli valyutaları, demək olar bu asılılıqdan qurtulmaq üzrədir. Təbii ki, bunun da əsas səbəbi həmin ölkələrin Azərbaycan qədər idxaldan asılı olmamasından irəli gəlir. Doğrudur, Azərbaycanın idxaldan aşırı dərəcədə asılılığının günahkarı Elman Rüstəmov deyil, ancaq bu reallığı nəzərə almaq və buna uyğun monetar siyasət yürütmək onun birbaşa vəzifəsi və borcudur!
Niyə banklar hərracda aldıqları dolları manata çevirməkdə maraqlı deyillər? Niyə bütün cəza tədbirlərinə rəğmən “qara bazar” fəaliyyətdədir və onun əsas müştərilərinin də kimliyi məlumdur... Məntiq tapmaq çətindir. Belə nəticə çıxarmaq olar ki, sadəcə, bilərəkdən ölkə rəhbərliyindən real vəziyyəti və təhlükəni gizlədərək, özünün əvəzolunmazlığını sübut etmək üçün bu situasiya yaradılır. Yoxsa manatla və bank sektoru ilə bağlı indiki vəziyyəti proqnoz edə bilməmək üçün, obrazlı desək, “monetar korluq” xəstəliyinə düçar olmaq lazım idi. İllərdir bütün müstəqil iqtisadçılar manatı gözləyən acı aqibətlə bağlı həyəcan təbili çalır, bunlar isə nə görmür, nə də eşitmirlər... Bunun sayəsində Azərbaycan valyutası istiqaməti bəlli edə bilməyən və mənzilə çatacağı sual altında qalan gözdən əlil(kor) birisini xatırladır!
Görəsən, bu situasiyanın yaranacağını proqnozlaşdıra, yaranmış durumda isə onu idarə edə bilməyən, insanların inamını və cibini sarsıdan bir kadr özü əlini vicdanının üzərinə qoyub istefa verməlidirmi? Sözsüz ki, indi artıq ona istefa verməyə icazə verən də yoxdur...
Manatın çökəcəyini təkcə yerli iqtisadçılar deyil, əcnəbi maliyyəçilər və qonşu ölkələr də görürdü, tək bizim maliyyə başbilənlərimizdən başqa. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili yerli televiziyaya verdiyi müsahibədə deyirdi: ”Azərbaycan iqtisadiyyatı bizdən bir neçə dəfə böyükdür, ölkə 10 milyard dollar xərclədi, bəs effekti nə oldu? Bundan da belə nəticə çıxarmaq olar ki, əgər düzgün ticarət balansı yoxdursa milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur”.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Milli Bankının keçmiş sədri Roman Qotsiridze də Azərbaycan Mərkəzi Bankının manatın kursunu valyuta ehtiyatlarını xərcləyib tükətməklə sabit saxlamaq taktikasının yanlış olduğunu bildirmişdi. “Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub”.
Şərhə ehtiyac varmı?
Cahangir Hacıyev Mərkəzi Bankın yoxlamaları barədə nə deyib?
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmədə dedikləri bir çox suallar meydana çıxarır. Əlbəttə ki, bu şəxs “süddən çıxmış ağ qaşıq” deyil. Və Azərbaycanın aparıcı bankına rəhbərlik edib, eyni zamanda qüsursuz biri olmaq, ləkələnməmək də mümkünsüzdür. Ancaq digər tərəfdən baxanda, adamın başına nələr gəlməyib? Təkcə Hacı Məmmədov həngaməsində baş verənləri düşmənə də arzulamaq olmaz. Ancaq üzdə görünən və məhkəmənin dediyi odur ki, bu şəxs (siyasi hakimiyyətin onun xatirinə Hacı Məmmədov və dəstəsini məhv etməsinə rəğmən) hakimiyyətə qarşı maliyyə xəyanəti etmişdir. Hər halda istintaq belə deyir. C.Hacıyev məhkəmədəki çıxışında maliyyə nazirini bir dəfəyə 350 milyonu mənimsəməkdə ittiham etdi. Və sözündən belə çıxdı ki, Beynəlxalq Bankın bu duruma düşməsinin səbəbkarı da Maliyyə Nazirliyidir. Ən maraqlısı isə odur ki, bu iddiada gətirdiyi əsas arqument Mərkəzi Bankın keçirdiyi yoxlamaların nəticəsidir. C.Hacıyev deyir: “Bankın vəsaitlərinin bir hissəsi Maliyyə Nazirliyinə və Beynəlxalq Bankın indiki rəhbərliyinə aid şirkətlərdədir. Yoxlasaydınız, görərdiniz. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bankın İT sisteminə əlçatımlılığı var idi. Əgər hansısa pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bugünlərdə «Bank Standart»ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək...”
Bu suallara və ittihamlara kim cavab verməlidir? Hanı Mərkəzi Bank və onun rəhbəri?
Yeri gəlmişkən, Elman Rüstəmov cənabları “Bank Standart”ın lisenziyasının alınmasından 3-4 gün əvvəl çıxış edərək dedi ki, bankın sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib. Bəs nə oldu? Əhalini, əmanətçiləri hər addımbaşı aldatmağın mənası nədir, nə məqsəd güdülür? Bir məqama da diqqət yetirmək yerinə düşər. Bu yaxınlarad Neft Fondundan Beynəlxalq Banka 1 milyard dollar ayrıldığı barədə məlumat yayıldı və bundan öncə də dollar əhəmiyyətli dərəcədə ucuzlaşdırıldı. Görəsən niyə? Deyəcəklər ki, hərraclarda dolları ən çox alan Beynəlxalq Bank idi, hərracdan çəkildi və dollara təlabat azaldı - dollar ucuzlaşdı. Ancaq məsələ ondadır ki, həmin 1 milyard ayrılmamışdan öncə dolları ucuzlaşdırmağa başladılar... Yəni, sanki “Beynəlxalq Bank ətrafında oyunlar hələ də davam edir” təəssüratı yaranır...
BANKİR “FƏRASƏTİ”...
Yaxud, dəfələrlə mətbuatda (rəsmən tamamilə başqa işlə məşğul olmalı olan) hörmətli baş bankirimizin olduğu iddia edilən biznes subyektlərinin siyahısı dərc edilib. Simvolik olsa da, onların arasında məhşur “Planet” şadlıq sarayının da adı çəkilir. Kaş bu obyektə ad qoyulan zaman olduğu kimi, ölkənin pul-kredit siyasəti yönəldilərkən də belə qlobal düşünmək istedadı, fərasəti nümayiş etdiriləydi...
P.S. Bir vaxtlar Rusiya telekanallarının birində maliyyə naziri və baş nazirin müavini kimi yüksək vəzifələr tutmuş Aleksandr Livşitsin iştirakı ilə proqram yayımlanırdı – adı “Sprosite u Livşitsa” (Livşitsdən soruşun) idi. Həmin proqramda bu maliyyəçiyə ölkənin maliyyə-iqtisadi durumu ilə bağlı müxtəlif səpkili suallar verilirdi. Bizdə nə belə telekanal, nə də veriliş var. Olsaydı da, baş bankirimizdən ölkənin maliyyə məsələləri ilə bağlı nəsə soruşmağın mənası olmazdı, çünki nə desə, tərsi baş verir. Ondansa, Elman müəllimdən soruşardıq – “Bank Respublika”, ya da “Səba” firması kimindir?...
E.Qüdrətoğlu
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.