“Biri məni dayandırmalı idi”
Omanının nüfuzlu siyasi xadimlərindən biri, daxili işlər naziri Seyyid Bədir bin Suud əl-Buseydinin həyat yoldaşı Nora əl-Daher Londondakı otellərdən birinin qumarxanasında 2 milyon sterlinq (təxminən 3 milyon manat) uduzub.
Qəribəsi isə budur ki, xanım Daher bu səbəblə həmin otelə qarşı məhkəmə davası açıb. Onun iddiasına görə, otel əməkdaşları onu oyunu davam etdirməyə təhrik edirmişlər. 50 yaşlı Daher deyib ki, otel rəhbərliyi onun milyonçu olduğunu bilib və bundan faydalanmağa çalışıb. Buna görə də ortada uduşun olmayacağını bildiyi halda, onu oynamağa ürəkləndirib.
Otel rəhbərliyi isə bu iddianı rədd edirək, əl-daherin 1999-cu ildən bəri qumar düşkünü olduğunu bildirir.
Qumar düşkünü olduğunu dolayısı ilə Dahar özü də etiraf edib: "O gecə birinin mənə “dayan” deməsi lazım idi. Oteldəkilər asılılığımı bilirdilər".
İddialara görə, nazir arvadı həmin qumarxanada əvvəllər də xeyli uduzub. Onun 1999-2012-ci illərdə həmin qumarxanada 7 milyon sterlinqdən (təxminən 12 milyon manatdan) çox pul uduzduğu deyilir.(azadliq.info)

Şərhlər