Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qrupa düşmək iddiasında olan 20 komanda rəqibini tanıyıb.

Püşkün nəticəsinə əsasən, III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö”yə rəqib olub.

Azərbaycanlı fanatların azarkeşlik etdiyi “Beşiktaş”ın isə bəxti gətirməyib. İstanbul təmsilçisi Çempionlar Liqasında çıxışını davam etdirmək üçün “Arsenal”a qalib gəlməlidi.

Pley-off mərhələsi

“Maribor” (Slovaniya) - "Seltik" (Şotlandiya)

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç)

“Olborq” (Danimarka) - APOEL (Kipr)

“Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan)

“Slovan” (Slovakiya) - BATE (Belarus)

“Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə)*

“Standard” (Belçika) - “Zenit” (Rusiya)

“Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya)*

“Lill” (Fransa) - “Porto” (Portuqaliya)

“Napoli” (İtaliya) - “Atletik” (İspaniya)

İlk oyunlar avqustun 19-da və ya 20-də, cavab görüşləri isə 1 həftə sonra baş tutacaq.