Əbülfəz Elçibəy hakimiyyəti dövrünün baş prokuroru olmuş İxtiyar Şirin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Hürriyyət” qəzetinə geniş müsahibəsində yeni açıqlamalar verib.
İ.Şirin bildirib ki, 20 Yanvar hadisəsi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq Bakı şəhərində və rayonlarda nəzarəti öz əlinə götürmüşdü. Çox güman ki, elə buna görə belə göstəriş verilib ki, hakimiyyətdə, vəzifədə olanlar, dövlət qurumları lazım olarsa, özlərini müdafiə etmək üçün Moskvaya müraciət edə bilərlər.
Bu faciəni həmin dövr hakimiyyətdə olan qüvvələrin məsuliyyəti hesab etmək olar: “Hakimiyyətin özü - baş nazirin müavinləri, siz bilmədiyiniz vəzifəli şəxslər, baş nazir, tutaq ki, təhlükəszlik nazirliynin rəhbərliyi, o vaxtı ölkənin faktiki rəhbəri sayılan Mərkəzi Komitənin birinci katibi - bunlar hamısı məsuliyyət daşıyırlar. Burada heç bir səhlənkarlıq ola bilməz. Bunu istintaq da göstərdi. İstintaqın da əsas hissəsi mənim dövrümdə aparıldı. Nə mənə qədər, nə də məndən sonra orada heç bir istintaq aparılmayıb. Mən Rusiyadan məsuliyyətli olan şəxslərin hamısını Moskvada öz müstəntiqlərimizə dindirtdirib, ifadəsini almışam, bir çox məsələlərə aydınlıq gəlib. İstintaq nəticəsində aydın oldu ki, burada heç bir səhlənkarlıq olmayıb. Bu hadisənin törədilməsində o vaxtkı Azərbaycan rəhbərliyi bilə-bilə iştirak edib. Rusiya ordusunun bura çağırılması bilavasitə onların təşəbbüsləri olub. Biz Moskvada orada iştirak edənləri dindirdik. Rıjkovu dindirəndə o, hay-küy saldı. Ondan sonra bizim oradakı istintaq fəaliyyətimizin qarşısı alındı. Biz Rıjkova qədər gedib çıxmışdıq. O, o vaxt Nazirlər Sovetinin sədri idi.
O vaxt təhlükəsizlik naziri işləmiş Vaqif Hüseynovu həbs etdik. İstintaq zamanı aydın oldu ki, Azərbaycan televiziyasının enerji blokunun partladılması bilavasitə Vaqif Hüseynovun göstərişi ilə olub. Ora həm Moskvadan gəlmiş, həm də Təhlükəsizlik Nazirliyinin əməliyyat işçilərini göndərib, oranı partlatmışdılar. Mən Vaqif Hüseynovu həbs etdim. Təbii ki, burada başqa adamlar da həbs olunacaqdı. Artıq işlər planlaşdırılmışdı. Gəncə hadisələri baş verdi, bizim hakimiyyət gedəndən sonra dərhal yeni hakimiyyət Vaqif Hüseynovu həbsdən azad etdi. Müəyyən müddət keçəndən sonra təzədən Vaqif Hüseynov haqqında axtarış elan etdilər. Orada təkcə Vaqif Hüseynov günahkar deyildi, Azərbaycan hakimiyyətindən başqa təqsiri sübut olumuş şəxslər də var idi, heç birinə toxunulmadı, hamısı çıxdı, öz işinə getdi".

Keçmiş baş prokuror deyib ki, Vaqif Hüseynovdan başqa Təhlükəsizlik Nazirliyinin bir əməliyyat işçisini həbs edibmiş və başqa adamları da həbs etmək planı olub: “Başqa adamlar da həbs olunacaqdı. O cümlədən, buradan Rusiyaya qoşun göndərilməsi üçün teleqram vurmuş şəxslər-Artur Rasi-Zadə və bir neçə adam var idi, indi mən çoxlarını dəqiq deyə bilmirəm, hamısı həbs olunacaqdı. Sadəcə olaraq, Gəncə hadisələrinin baş verməsi bu adamların məsuliyyətdən qaçmasına imkan yaratdı”.
Musavat.com

Şərhlər
Ixtiyar Shirin Azerbaycanin musteqilliyi ucun cox eziyyetler cekib ve musteqilliye ilk ses veren millet vekili olub.bu tarixdir ve bu tarixi hec Kim dana bilmez.Burda gic gic sheyler yazanlarin hamisi bunu yaxshi bilir, sadece olararaq etiraf etmeye cesaretleri catmir.
Tarix təkrarlanir,1920-iln yazında Bakıya 11-qırmızı ordunu Çingiz ildrım,Nərmanov,Ayna,Həmid Sultanovlar çağırdı.Ölkənin sərvətin İttifaqa verdilər,bruja sənayesini,özəl kənt təsərüfatın dağıtdılar 37-də xəyanətlərinə görədə öz mükafatların aldılar,gülənildilər.70-il sonra yenə Artur,Elmira kimiləri Qırmızı ordu burada azımış kimi,Moskvadan çağırdılar Artu bəyin hokmüranlıq dovründə Qafqazın ən böyuk sənaye ölkəsi geridə qalmış aqrar ölkəyə çerildi....
Fransız dili müəllimindən,bütün həyatı boyu kabinetindən bayıra çıxmayan sənayedən,ölkənin daxildə insanların vəziyyətindən məlumatı olmayan adamdan Baş nazir olması müəmmalıdır.O yalnız ona verilən rağızlara imza atmaqla məşğul ola bilər.Başqa resursu yoxdur.OO işində həmişə acizlik nümayiş etdirib.
Bəs Artur Rəsi-sada kim göstəriş vermişdi ki, Mockvaya zəng edib qoşun yeridilməsini xahiş və ya tələb etsin? Bax əsl məsələ budurSizin zəifliyiniz belə fövqal vəziyyətdə operativlikdən uzaq olmanız idi.
Özünüzü bu işlərdə günahkar bilirsinizmi? Bu göstərişi Mütəllibov verə bilməzdi.
82 il Azərbaycanda yaşayıb Azərbaycan dilini öyrənməyi özünə rəva görməyən, azərbaycan dilini səlist öyrənə bilməyən və ya öyrənmək istəməyən adamı uzun illər Baş nazir saxlamağın sirri nə zaman açılacaq?
Hökumətdə nə qədər qarışıq ( metis ) adamlara yüksək vəzifələr verilib?
Bunda məqsəd nədir?
Məgər təmiz,saf, qarışığı olmayan ixtisaslı kadrlar Azərbaycanda tapılmır?
Bu suallara cavab hamını maraqlandırır.Dürüst məlumatı olan yazsın.
Azərbaycan milləti yazıq deyil?
İ Şirinlə, t kərimlini hər cəmiyət yetişdirə bilməz.San ki,Hər ikisinin xəmiri bir ``sexdən`` götürülüb.
Indiki Novruz Memmedov lap tehlukelidir
HESAB EDIREM KI,O...N HAMISI YUKSEK VEZIFEDEDIRLER,ARTUR RASIZADI KIMI WEHIDLER XIYABANINI ZIYARET EDIRLER...ANALOQU OLMAYAN INKIWAFIMIZI SURRET QATARI ILE,YAVAWDAMADAN IRELI APARIRLAR,GUYA...LUKAWENKO CANI
Bu millətin başına onda kül düşdü ki, sən Baş prokuror oldun! Bu söylədiklərinə görə sənin özünü həbs etmək lazımdır.Nəyi gözləyirdin? Tam əminəm ki, o vaxt sənin yerində müavinin Mətləb Mütəllimov olsaydı hamısını həbs edərdi. Sənin qətiyyətini Gəncədə yediyin iki şillədən sonra gördük.Sənin kimilərin hesabına 20 yanvar cinayətinə görə hələ Azərbaycanda 1 nəfər də olsun (!) həbs edilməyib.Başa düşürük, ruslara əliniz çatmır. Dəhşət budur.