«AzPolitika.info»-nun gürcü mətbuatına istinadla verdiyi xəbərə görə, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bəyan edib ki, Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılması ölkənin qərb həmkarlarının başlıca tövsiyəsidir («İmedi»).

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Rusiya ilə dialoqu davam etdirməlidir ki, ümumi təmas nöqtələri tapmaq mümkün olsun.

«Dialoq nə qədər mürəkkəb olsa da, siz bu daloqu davam etdirməlisiniz, öz işinizi görməlisiniz - bizə bunu tövsiyə edirlər, Rusiyanın digər qonşularına bunu məsləhət görürlər, o cümlədən, ukraynalı qonşulara da. Onlar, əlbəttə, istəyirlər ki, bizi maksimal dərəcədə dəstəkləsinlər və öz tərəflərindən də Rusiyaya təzyiqlər olsun. Ancaq biz öz yolumuzu getməliyik və Rusiya ilə dialoq aparmalıyıq ki, ümumi təmas nöqtələrini tapa bilək» - deyə, Abaşidze bildirib.

Gürcüstanlı diplomat umid etdiyini bildirib ki, «Cenevrə beynəlxalq danışıqlar formatı daha effektli və nəticəli olacaq». Abaşidzenin fikrincə, əgər ticarət-iqtisadi sferada son illər müəyyən nəticələ əldə olunubsa da, siyasi istiqamətdə irəliləyiş yoxdur.

«Başlıca format - beynəlxalq Cenevrə danışıqlarıdır. Mən, hesab edirəm ki, ümümilikdə, bizim qərb həmkarlarımızda belə bir təəssürat var ki, hələ Cenevrə formatının imkanlarından tam istifadə olunmayıb. Nyu-Yorkda məhz bu, müzakirə olunur - ilk növbədə, Cenevrə beynəlxalq danışıqlarının effektliliyini və nəticəliliyini necə qaldırmaq olar? Mənim ümidim var ki, bu planda hansısa addımlar atılacaq» - Abaşidze əlavə edib.

Xəbər verildiyi kimi, sentyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Qriqori Karasini vəzifəsindən azad edib. Karasin Rusiya tərəfdən «Karasin-Abaşidze» formatı üzrə Praqa danışıqlarında Rusiyanı xarici işlər nazirinin müavini vəzifəsində təmsil etmişdi.

Xatırladaq ki, Tbilisi Rusiya ilə diplomatik münasibətləri 2008-ci ildə - Gürcüstan-Cənubi Osetiya silahlı münaqişəsindən sonra dayandırıb. O zaman Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmi olaraq tanımışdı. Həmin vaxtdan etirbarən, Rusiya və Gürcüstan arasında vasitəçiliyi İsveçrə edir. Elə həmin dövrdən də bu ölkələr arasında qarşılıqlı münasibətlər Praqa formatı (Aİ, BMT, ATƏT və Gürcüstan, Rusiya, ABŞ nümayəndələrinin iştiakı ilə) üzrə tənzimlənir.

Buradan iki mühüm nəticə çıxarmaq olar: ya, gerçəkdən də Qərb öz maraqları baxımından, bu istiqamətdə Gürcüstana təzyiqlər edir, ya da Gürcüstan hakimiyyəti Rusiya ilə yaxınlaşmaq istiqamətində sadəcə, «saman altından su yeridir…»

Hər necədirsə, Azərbaycan bu məsələdə sayıq omalıdır…

“AzPolitika”