Menu

BDU-ya İKİ YENİ PROREKTOR TƏYİN EDİLİB

05.10.2019, 14:04
BDU-ya İKİ YENİ PROREKTOR TƏYİN EDİLİB

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən "Report"a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Şərhlər

vətəndaş 2019-10-05 14:04:27

Bu elə həmən pazdı, paz. Səmti dəyişib bir az.

Togrul 2019-10-05 14:04:27

Maraglidi Akademik A.Meheremovdan sonra BDU musbet deyiwilib yoxsa eksine?

Togrul 2019-10-05 14:04:27

Abel muelimin dovrunu beyenmiyenler goy indiki ile mugayise etsinler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol