GÜRCÜ PATRİARXI PAŞAZADƏYƏ MƏKTUBUNU YAYIMLAYIB - Azərbaycan tərəfini ittiham edib

Gürcüstan Patriarxlığı bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın Keşikçidağ (David-Gareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı məktubunu yayımlayıb.

Virtualaz.org-un məlumatına görə, məktubda gürcü patriarxı Azərbaycan tərəfini, zəvvarların Çiçxituri və Udabno monastırlarına baş çəkmələrinin qarşısını faktiki olaraq kəsməkdə ittiham edib.

Maraqlıdır ki, bu məktub Gürcüstanın yeni Baş naziri Corc Qaxarianın Azərbaycana vacib dövlət səfəri ərəfəsində dərc edilib. C.Qaxaria özünün birinci dövlətlərarası səfəri üçün məhz Azərbaycan seçib.

Məktubda gürcü patriarxı qeyd edir ki, 1938 və 1966-cı illər müqavilələrində, habelə Xalq Daxili İşlər Komissarlığı (NKVD) tərəfindən hazırlanan xəritədə Udabno və Çiçxituri monastırları Gürcüstan daxilində göstərilib.

O bildirib ki, bu gün Azərbaycan tərəfinin, hansı ki, 2019-cu ildən etibarən onları Çiçxituri və Udabno monastırlarından məhrum edib, iddiaları tamamilə anlaşılmazdır. Onun yazdığına görə, Azərbaycan həmin monastırların yaxınlığında hələlik qeyri-müəyyən bir yerdə sərhəd sektoru tikib və ziyarətçilərin, turistlərin və hətta din xadimlərinin bu ibadət yerlərinə gedən yolunu tamamilə kəsib: “Təbii ki, biz bununla barışmayacağıq”.

Gürcü patriarxı Azərbaycan tərəfini status-kvonu bərpa etməyə və dindarların, zəvvarların və turistlərin Udabno və Çiçxituri monastırlarına baş çəkmələrini yeniləməyə - “girişi qaytarmağa” çağırıb.

Xatırladaq ki, iyulun 14-də Gürcüstan vətəndaşları Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd naryadına qarşı insident törətmişdilər. Azərbaycan Xarici İşlər Nazirliyi, Şəmkir sərhəd qrupunun Keşikçi Qalasının xidməti postunda baş verən bu hadisə ilə əlaqədar Gürcüstanın Bakıdakı səfirindən izahat tələb etmişdi.

635x100

Şərhlər

t.ədalət 2019-10-09 15:38:19

Bu "çuxalıların" qabağında təkcə gürcü çaçası çatışmır..Çar Rusiyası zamanından yaradılan belə milli dini mərkəzlər-kəşfiyyat ocaqları,təəssüf ki hələ də fəaliyyət göstərirlər..

Vətəndaş 2019-10-09 15:38:19

Gürcülər Gəncə qapılarını qaytara bilirmi? Yox. Niyə? Çünki özlərinin "tarixi nəaliyyəti" hesab edirlər. Biz niyə tarixi və əzəli ərazilərimizi verməliyik ki? Lap elə Gürcü məbədi olmuş olsa belə, bizim ərazimizdədir. Biz Kəbə ziyarətinə havayı getmirik ki? Gürcülər də əsil mömündürlərsə bizə pul ödəyib, gəlib ziyarət etsinlər. Amma biz iddiasız. ləyaqətli Azərbaycanlılarıq. Pulsuz ziyarətə də icazə vririk. Belə olanda da xristian tamahına-nəfsinə-iddiasına tuş oluruq.

Son yazılar