Menu

AZƏRBAYCAN OTELLƏRİNDƏ FANTASTİK QİYMƏTLƏR - 3 günlük yeni il tətili üçün 7765 manat

11.11.2019, 10:40
AZƏRBAYCAN OTELLƏRİNDƏ FANTASTİK QİYMƏTLƏR - 3 günlük yeni il tətili üçün 7765 manat

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.

Musavat.com xəbər verir ki, bu ilki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və hotellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox hotellərin tətil paketi 2 gecə 3 gün olduğu halda bəzilərində də 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər “dodaq uçuqladır”.

Qiymətlərə diqqət edək:

Yeni İli “Cənnət Bağı Altıağac” İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.

1-ci paket

Tarixlər: 30.12.2019-02.01.2020 ( 3 gecə-4gün )

Qiymət: 335 AZN (1 nəfər üçün) 2-ci paket:

Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə-5 gün)

Qiymət: 410 AZN (1 nəfər üçün)

Qiymətə Daxildir:

• Hoteldə gecələmə;

• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)

• Yeni İL Gala gecəsi

• Əyləncələr: • Şaxta Baba və Qar Qız;

 

Keçək Şamaxı Palace Şaradil hotelinə. Burda isə 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.

Qiymətə daxildir:

-qidalanma 3 dəfə;

-hoteldə qalma;

-şou proqram;

-Yeni il gecəsi şam yeməyi.

Quba Palace Otelin qiymətlərinə diqqət edək. 27,28,29,30 dekabr, eləcə də, 2,3,4 yanvar tarixlərində 1 gecə 2 gün oteldə qalmaq istəyənlər üçün(2 nəfər üçün) tariflər aşağıdakı kimidir:

Deluxe Dağ Mənzərəli Otaq - 270 AZN

Deluxe Göl Mənzərəli Otaq - 290 AZN

Qiymətə daxildir:

Hoteldə gecələmə (2 gecə / 3 gün), (1 gecə/2 gün)

Qidalanma:

31 Dekabr (nahar və Gala Şam yeməyi)

1 Yanvar (Səhər və Şam yeməyi)

Şou Proqram

Fitness və SPA xidmətləri

Ən astronomik qiymətlər isə Şəkidə yerləşən Marxal Resort hotelindədir. Dekabrın 30-dan yanvarın 2-ə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

2 gecəlik qiymətlər:

Standart otaq eyvansız 1560 manat (2 nəfərlik)

Standart otaq eyvanlı 1610 manat

Triple 2225 manat

Deluks Suite otaq 1780 manat

Orta ölçülü villa (6 nəfər) 4700 manat

Böyük ölçülü villa (8 nəfər) 5990 manat

3 gecəlik qiymətlər:

Standart otaq eyvansız 2035 manat (2 nəfərlik)

Standart otaq eyvanlı 2110 manat

Triple 2880 manat

Deluks Suite otaq 2365 manat

Orta ölçülü villa (6 nəfər) 6135 manat

Böyük ölçülü villa (8 nəfər) 7765 manat

marxal 1.jpg (89 KB)

 

Bəli, hələ yeni ilin gəlişinə ay yarımdan artıq vaxt var. Amma bəzi hotellərin bayram qiymətləri insanın canına üşütmə salır. Gerçəkdən də Azərbaycanda 3 günlük tətil üçünə 7765 manat verə biləcək ailənin  mövcudluğu sual doğurur. Amma  bir-iki həftə sonra bu hotellərlə əlaqə saxlayanda sizə boş yer qalmadığı bildiriləcək.

Şərhlər

dadaşyev 2019-11-11 10:40:35

Şəxsən mən bir rayonda 5-10 gün qalıb dincəlmək istəyəndə kirayə evdə qalmağa üstünlük verirəm.Qubada,Lənkəranda,Şəkidə,Oğuzda,Qəbələdə nə çox kirayə evlər.Bir ayını 100-150 manata tapmaq olur.Otelə niyə o qədər pul verilməlidir,anlamaq olmur.İstirahətə gedənlər gözəl otelin içində səhərdən axşamacan qapanıb qalmaq üçün getmirlər ki.Dincəlməyə gedən adam səhər çıxar,gəzər yorular,bir də axşam yorğun-arğın gəlib başını atıb yatar.Otelin çarpayısı qızıldan da olsa nəyinə lazım adamın.Ona dağ-dərə lazımdı.

dadaşyev 2019-11-11 10:40:35

Xəzərətrafı div qalaçalarının hələ də sökülməməsi bizdə bəzi adamların qanundan yüksəkdə dura bildiyinin göstəricisidir.Yaşları bir əsrə çatmaqda olan qocaların vəzifələrindən hələ də dördəlli yaöışmaları milyonlarla savadlı və enerjili gənclərə qarşı haqsızlığın göstəricisidir.Otellərimizin belə fantastik qiymətləri isə cəmisi 10 milyon olan cəmiyyətimizdə sosial bərabərsizliyin,ədalətsizliyin necə dərin uçuruma döndüyünün göstəricisidir.3 gecəyə 7765 manatı kül kimi havaya sovuran Aydan gəlmədi ki.

t.ədalət 2019-11-11 10:40:35

Qiymətin belə yüksək olması həmin otellərdə oğru məmurların gecələməsidir.Respublika əhalisinin doxsan faizi ən kasıb həddə yaşayır və onlar,şübhəsiz oralara üzükməzlər.

EJDER 2019-11-11 10:40:35

MALADES,HA HA HA XIDMETIN SEVIYYESI SIFIRDI.BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR,LUKAWENKO CANI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol