LƏNKƏRAN POLİSİNƏ YENİ RƏİS TƏYİN OLUNDU – Nazirdən əmr

Ləkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Strateq.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Yeni rəis – Fəqan Azadəliyev 1978-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər DİN BMCMİ-də işləyib, daha sonra isə Yardımlı və Göranboy rayon polis şöbələrinin rəisi vəzifələrini tutub.

635x100

Şərhlər

Vasif Memmedli 2019-11-30 12:18:04

Mehellemizi norkamanlardan temizleyer inweallah

Veys 2019-11-30 00:02:43

Xeyirli

Son yazılar