Menu

"OĞLUMUN ÖLÜM XƏBƏRİNİ ALANDA ELƏ QIŞQIRDIM Kİ..." - Şəhid Mahir Quliyevin anası+ VİDEO

22.12.2019, 11:11
"OĞLUMUN ÖLÜM XƏBƏRİNİ ALANDA ELƏ QIŞQIRDIM Kİ..." - Şəhid Mahir Quliyevin anası+ VİDEO

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan 22 yaşlı Mahir Quliyevn evindən “Azxeber” reportaj hazırlayıb.Əslən Şərur rayonundan olan Mahir Quliyev 1993-cü ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həmin videoreportajı təqdim edirik:

Şərhlər

Eloqlu 2019-12-22 13:55:08

Amin

Elli 2019-12-22 12:11:05

Allah rəhmət eləsin, allah səbr versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol