Menu

“EVLƏRİN MƏCBURİ SIĞORTASINI ŞİRKƏTLƏR ORTAYA ATIB” – "Cərimənin alınması üçün təsir rıçaqları yoxdur"

23.12.2019, 16:17
“EVLƏRİN MƏCBURİ SIĞORTASINI ŞİRKƏTLƏR ORTAYA ATIB” – "Cərimənin  alınması üçün təsir rıçaqları yoxdur"

Sosial şəbəkələrdə, dövri mətbuatda yayılmış məlumatlara görə, gələn ildən bütün mənzillər icbari sığortalanmasa cərimələr tətbiq edilməyə başlayacaq. Dövlət qurumları bu barədə detallı açıqlama vermirlər, bu da vətəndaşlar arasında narahatlıq və qeyri-müəyyənlik yaradıb. Əslində yenilik nədən ibarətdir? Bu barədə tanınmış iqtisadçı Samir Əliyev fikirlərini bölüşüb.

Ekspert bildirib ki, bu məsələ çoxdan var, sadəcə indi qabardılıb. S. Əliyev xatırladır ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə, İnzibati Xətalar Məcəlləsi isə 2015-ci ildə qəbul edilib: “Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir. Azərbaycanda icrası icbari olan digər qanunları, məsələn, Mənzil Məcəlləsini yada salan yoxdur, amma mənzillərin icbari sığortası məsələsi gündəmi zəbt edib. Öncədən deyim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür.

İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitusiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. 

Avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir, dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur. Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.

Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər”.

İqtisadçı vurğulayıb ki, hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir: “Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”.

AzPolitika.info

Şərhlər

İ.Mustafaoğlu 2019-12-24 23:15:34

Sığorta könüllü olmalıdır. Şəxsi əmlakımdır, sığorta etdirədə bilərəm, etdirməyədə .... Nə qədər sən pul qazanmalısan ki, maşınını sığorta elətdir, texniki baxışdan keç, evinə əmlak vergisi ver, torpaq vergisi ver, işıq pulunu ver, qaz plunu ver, su pulunu ver və s... Belə çıxır ki, qazandığını verdin xidmət idarələrinə, bəs nə yeyeəcəsən....? Sığorta pulu vətəndaşlar üçün ümumiyyətlə könüllü olmalıdır!

Zlata 2019-12-24 00:04:45

Beli.cox duzgun izah olunub

Omer 2019-12-23 20:49:23

Hansi cermeden sohbet gede boiler? Mecburi sigorta basqasinin emlakina deye bilen ziyani odemek ucun ola boiler.. Eger vetendas oz emlakina sigorta etmek istemirse, bu onun haqqidir. Bunu onlardan almaq olmaz.. Qaldiki hokumetin yukunu azaltmaga, dunyanin hec bir yerine demokratik hokumet deyen ziyani odemir, elbetdeki boyuk tebii felakerler xarici..

Ədalət 2019-12-23 18:01:03

İnsanları soğan kimi soyurlar

Elli 2019-12-23 17:16:33

Samir Əliyevin yazısını ürəkdən dəstəkləyirik. Hökumət evlərin icbari sığortalanması qərarını ləğv etməlidir, könüllü sığortalanma olmalıdır. Məcburi olmamalıdır.

AQAYEV 2019-12-23 17:13:45

Ğörünür bu yanqınlar insanları məcburu sqortaya məcbur ETMƏK ücün törədirlər yanqınların izini burada axtarmaq lazımdır.ÖZÜDƏ bunu elə bir vaxtda edirlər ki, xalq DÖVLƏTƏ QARŞI cıxsın.Bunu ğörə bilməyəcəksiz NAQİSLƏR.

Aqa 2019-12-23 17:01:05

Qazın,işıqın,suyun,kanaliziyasanın pulunu catdırmaq olmur.İndi HANSISA BİR QURUMSAQ PUL QAZANSIN DEYƏ MİLLƏTİ DÖVLƏTİN ÜSTÜNƏ YÖNƏLDİRLƏR.Maşınlara cərmələri xüsuxən Nəqliyat ağentliyinin cərmələei vəqv olunmalıdır ...

t.ədalət 2019-12-23 17:00:04

Bu məsələ özlüyündə bir quldurluq piryomudur.Artıq talan etməyə yer tapa bilməyənlər adamların şəxsi mülklərinə barmaq uzadırlar.Adama deyərlər,bala mülk mənimdirsə sən kimsən?Əlbəttə,bu dələduzluq oyunu hakimiyyətə qarşı narazılıqlara təkan verəcək.Dövlət bu məsələdə xalqın yanında dayanmalıdılr.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol