ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Ehtiyacların Dəyərləndirilməsi Hesabatını yayıb.
AzPolitika.info azadliq.org-a istinadən xəbər verir ki, qurum Azərbaycan hökumətinin dəvətilə dekabrın 19-dan 21-dək Ehtiyacların Qiymətləndirilməsi Missiyasını həyata keçirdiyini bildirir. Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir.
Qurum bildirir ki, DTİHB-nin daha öncəki tövsiyələri ilə əlaqədar seçki qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Buraya sərbəst toplaşma azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti, seçki günü prosedurları məsələləri daxildir. Hakimiyyət isə açıqlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun olaraq seçki keçirməyə sadiqliyini vurğulayıb.
ATƏT missiyasının müsahibləri namizədlərin qeydiyyat prosesində tərəfsizliyin qorunmasından, özəlliklə imzaların təsdiqlənməsi prosedurundan narahatlıq ifadə ediblər. Onların dediyin görə, Konstitusiyada nəzərdə tutulmağına baxmayaraq, fundamental sərbəst toplaşma və ifadə azadlıqları kəskin şəkildə məhdudlaşdırılır, hökumətlə bağlı tənqidi fikir səsləndirənlər sistematik qısnama və cinayət təqibinə məruz qalır.
Hesabatda ifadə və media azadlığının, informasiyaya çıxışın Konstitusiyada nəzərdə tutulmasına baxmayaraq, defamasiyaya görə cəzanın qüvvədə qaldığını, bunun artıq onlayna kontentə də aid edildiyi vurğulanır. Televiziya siyasi informasiyanın əsas mənbəyidir, bu məqsədlə sosial media və internetdən istifadə də artır.
ADTİHB növbədənkənar parlament seçkiləri ilə bağlıölkəyə Seçkini Müşahidə Missiyası yerləşdirməyi tövsiyə edir. ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.
AzPolitika.info

Şərhlər
SEçkilərə bir ay qalıb,hələ namizədlər imza vərəqələrini imzalada bilməyib.Bəs təbliğat nə zaman başayacaq? Axı müddət buna imkan vermir.Hələ imza vərəqələrinin doğruluğunun yoxlanılması da nəzərə alınsa bu işlər zamanında bitməz.Əgər bitirərlərsə saxtakarlıq olar. Görəsən niyə YAP-ın namizədləri niyə imza vərəqələri təqdim etmir?r
MƏZAHİR PƏNAHOV 18 İLDİR, 4 500 SEÇKİ MƏNTƏQƏSİNƏ KAMERA QURAŞDIRILMAĞA İMKAN VERMƏYİR!!!
İki aya yeni namizəd tezislərini seçicilərə çatdıra bilməz!