ABŞ DAHA BİR İRAN GENERALINI ÖLDÜRMƏYƏ CƏHD ETDİ - Məxfi əməliyyat keçirdi

ABŞ ötən həftə, general Qasım Süleymaninin öldürülməsi üçün Bağdad aeroportuna raket zərbələri endirdiyi gün daha bir İran generalına qarşı ifrat məxfi əməliyyat keçirib. Lakin əməliyyat uğursuz olub.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “The Washington Post” qəzeti ABŞ-ın kəşfiyyat və hərbi dairələrinə istinadən yayıb.

Xəbər verilir ki, Amerika hərbçiləri ötən həftə, yanvarın 3-də Yəməndə İran İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin daha bir generalı Abdol Rza Şahlaya qarşı ifrat məxfi əməliyyat keçirib, lakin əməliyyat plan üzrə getməyib. Lakin qəzetin mənbələrindən biri deyib ki, İran generalı gələcəkdə yenidən Amerika hərbçilərinin hədəfi ola bilər.

Bildirilir ki, Pentaqon həm Qasım Süleymaniyə, həm general Şahlaya qarşı əməliyyatın keçirildiyini eyni vaxtda elan etməyə hazırlaşırdı. 

“Əgər biz onu da öldürsəydik həmin gecə bununla bağlı da fəxrlə danışardıq”,-amerikalı məmurlardan biri deyib.

Qəzetin yazdığına görə, ABŞ administrasiyası “Əl-Qüds” qüvvələrinin komandirlərindən olan general Abdol Rza Şahlayı İraqda amerikalı hərbçilərə qarşı hücumlarda təqsirli bilir. Bundan əvvəl ABŞ Dövlət Departamenti onun barəsində informasiya üçün 15 milyon dollar mükafat təyin edib.

Məqalədə deyilir ki, Abdol Rza Şahlayı aradan götürmək cəhdi Süleymaninin öldürülməsinin daha irimiqyaslı əməliyyatın tərkib hissəsi olduğunu göstərir. Yəni generalın Vaşinqtonun bəyanatında deyildiyi kimi, amerikalılara qarşı qaçılmaz hücumun qarşısını almaq üçün özünümüdafiə tədbiri kimi öldürüldüyü doğru deyil. Məqsəd İnqilab Keşikçiləri Korpusunun rəhbərliyini sıradan çıxarmaq idi.

Pentaqonda general Şahlayın öldürülməsi cəhdi barədə şərh verməyiblər. “Biz çoxdan terrorçuların məskəninə çevrilmiş Yəməndə endirilmiş zərbə barədə eşitmişik. Müdafiə Nazirliyi regionda keçirilən əməliyyatları şərh etmir”,-Pentaqon rəsmisi Rebbeka Rebarix TASS-a bildirib.

General Şahlay İnqilab Keşikçiləri Korpusunun maliyyə əməliyyatları üzrə mütəxəssisidir və "Əl-Qüds" qüvvələrinin xaricdəki əməliyyatlarına komandanlıq edənlərdən biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar