KÖLGƏDƏKİ YORĞUN ADAM... – Kəmaləddin Heydərov 60 illik yubileyini qeyd edir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün 60 illik yubileyini qeyd edir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 14-də Kəmaləddin Fəttah oğlu Heydərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

K.Heydərov 30 ilə yaxındır Azərbaycanda yüksək vəzifələrdə çalışır. Azərbaycan mediasında, siyasi çevrələrdə adətən “fövqəlnazir”, bəstəkarlığa meylinə görə incəsənət çevrələrində isə sadəcə “Kamal” kimi təqdim edilən K.Heydərov, son illərdə iqtidar daxilindəki mövqelərinin ciddi şəkildə sarsılmasına baxmayaraq, bu gün də hakim elitanın əsas avtoritetlərindən biri olaraq qalmaqdadır. O, eyni zamanda “köhnə qvardiya”nın indiyəqədərki bütün “burulğanlardan” sağ çıxmağı bacarmış azsaylı liderlərindən biridir.

K.Heydərovun bugünkü vəziyyətinə baxanda, əvvəlki qüdrətinə həsəd aparmaq olar. Lakin nəzərə alsaq ki, Kamal 30 illik YAP iqtidarı daxilindəki ən amansız daxili müharibələrin əksəriyyətində tərəflərdən biri olub, üstəlik, yeni konfiqurasiyada “köhnə boss”lara ümumiyyətlə yer qalmayıb, onun hələ də ayaqda olması fenomenal hadisə sayıla bilər.

Heydərovun bu nailiyyətinin sirrini hərə bir cür izah edir. Kimisi onun “məğlubedilməzliyini” keçmiş və indiki Prezidentlərə “sarsılmaz sədaqəti”, kimisi qeyri-adi bacarıq və qabiliyyətləri, kimisi xaricdəki qüdrətli dostları, kimisi də inanılmaz ehtiyyatlılığı və hiyləgərliyi ilə izah edir.

Həqiqət hardadır, demək çətindir. Lakin uzun və haldan salan “qurd döyüşlərindən” qalib çıxmış 60 yaşlı yubilyar son illərdə kölgəyə çəkilib və çox yorğun görünür...

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Cıbrayıl 2021-09-11 20:07:58

Adam yorular də! Bir yandan Holdinq,digər yandan da FHN.Bu adam hələ bilmir ki, məmur bizneslə məşğul olması qanunla yasaqdır.Bəs bu qanun niyə işləçir?

Camaat 2021-07-27 09:46:08

Kamal ,Qurdlar Vadisi kinosu bu yaxınlarda növbəti seriallarını sən və oliqarxlardan çəkəcək.Özüdə bir yox ,bir neçə. Adı da belə olacaq "Qurdlar Vadisi ZOPA !

Kasıb 2021-07-19 07:45:33

Görəsən bunun neçə milyardı olar? Əslində bunun yox bizim onda neçə milyardımız var?

Elxan Rasul oğlu. 2021-07-16 20:07:19

Azərbaycsnin.və.mənimdərdimdir Xeyr. ola.menim.ulu öndərimin. oğlu. ilham. Heydər. oglu.Əliyevə. Vət3n. m7harbəmizdə.. zəfər. çaldiğina. qörə. Müdafiə .nazirliyi Baş. Nszirimiz.,Milli məclisə .təqdimat təqdim .etmirlərki Grnerallisimus Azərbaycands .təsis.edilerək ilham .Əliyevə. Azərbaycan qəhrəmani.və generallissimus..adi.verilsin. Bu. azərbaycanin tarixi üçün.dir.!

Oxucu 2021-07-16 16:21:28

Qaliblərin heç zaman subuta ehtiyacı olmur.

Kolxozdar 2021-07-16 11:16:53

Sübutu olmayan işlərdən danışmaq günahdır. Bir vəkilə müraciətlərin çoxluğuna sual verirlər. O, isə cavabında-"Mən qarşı duran belə hər iki tərəfə də çalışıram", deyir.

RR 2021-07-15 21:20:18

Mennen olsaydi , ( milli qehreman ) ordeni vererdim ona ,,,,

Son yazılar